Sədr müavini: Birlikdə Mərkəzi Avrasiyanı regional kosmik gücə çevirə bilərik
Bakı, 25 aprel, AZƏRTAC
İnanıram ki, siyasətçilər, kosmik agentliklər, sənaye, akademik institutlarla birlikdə biz daha inkişaf etmiş kosmik ekosistem quracağıq. Biz birlikdə Mərkəzi Avrasiyanı regional kosmik gücə çevirə bilərik.
AZƏRTAC xəbər verir ki, bunu “Azərkosmos”un sədr müavini Fuad Aslanov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransının (STC2025) panel sessiyasında çıxışı zamanı bildirib.
“Bugünkü sessiyalar daha çox Yerin müşahidəsi, telekommunikasiya ilə bağlı son inkişaflar və texnologiyalara yönəldiləcək. Həmçinin biz kosmik sektordakı yenilikləri, milli kosmik proqramları dəstəkləmək üçün lazım olan investisiyaları müzakirə edəcəyik. Beynəlxalq tərəfdaşlarla əməkdaşlığın nə qədər vacib olduğunu bilirik və biz də öz təcrübəmizi bölüşə biləcəyimizə inanırıq”, - deyə F.Aslanov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]
Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [14:31]
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb
- 30.09.2026 [13:25]
Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır
- 30.09.2026 [13:10]