Şəhid kapitan Cavid Bayramlıya məxsus materiallar Tarix Muzeyinə daxil edilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Şəhid kapitan Cavid Bayramlıya məxsus materiallar - kitel, şalvar, furajka, uçuşlara hazırlıq dəftəri, Fəxri fərman, fotoşəkil, döş nişanı və pilot uçuş qarnituru və s. Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna daxil edilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Kapitan Cavid Bayramlı Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarında xidmət edib. O, Vətən müharibəsi zamanı Zəngilanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. C.Bayramlı müharibədən sonra xidmətinə davam edib.
Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci il noyabrın 30-u saat 10:40-da hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində Cavid Bayramlı həlak olub.