SƏHİYYƏ NAZİRİ ABŞ VƏ FRANSA SƏFİRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ABŞ səfiri Ann Ders ilə görüşdə səhiyyə sahəsində birgə layihələr müzakirə olunmuşdur. “Quş qripi”, qlobal miqyaslı digər infeksiya problemlərinə xüsusi diqqət yetirilmişdir. ABŞ səfiri ölkəmizin “quş qripi” ilə mübarizədə böyük uğurlar qazandığını qeyd edərək, Azərbaycanın təcrübəsinin başqa ölkələrə də yayılmasının vacibliyini vurğulamışdır.
Fransa səfiri Bernar Amodrik dü Şafo ilə görüşdə Azərbaycanda səhiyyə sahəsində uğurla aparılan islahatlar müzakirə olunmuşdur. Səfir Fransanın səhiyyə sistemi ilə tanış olmaq məqsədi ilə naziri ölkəsinə dəvət etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]