SƏHİYYƏ ORQANLARI ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ FƏALİYYƏTİNİ GÜCLƏNDİRMƏLİDİR
Kollegiya iştirakçılarına məişət tullantıları müntəzəm daşınmayan bəzi yaşayış massivlərinin ekoloji vəziyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, belə hallar, xüsusilə, yay mövsümündə müxtəlif yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır. Bəzi sahilyanı yaşayış məntəqələrində kanalizasiya sisteminin yoxluğu, çirkabın Xəzərə axıdılması da əhalinin sağlamlığına böyük ziyan vurur. Hazırda paytaxtda aparılan irimiqyaslı tikinti işləri zamanı rayon gigiyena və epidemiologiya mərkəzlərinin işinin gücləndirilməsinin, müvafiq gigiyena normalarına əməl olunmasının vacibliyi nəzərə çarpdırılmışdır.
Kollegiyada təbiət amillərinin əhalinin sağlamlığına təsirinin öyrənilməsi haqqında qərar qəbul olunmuşdur.