“Səhnədən səngərə” layihəsinin növbəti buraxılışı şəhid Zamin Rəhimov haqqındadır
Bakı, 17 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyi “Səhnədən səngərə” layihəsinin dördüncü buraxılışını təqdim edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, budəfəki buraxılış Vətən müharibəsi şəhidi Zamin Rəhimova həsr olunub.
İyirmi səkkiz il əvvəl anasının qucağında doğma Cəbrayıldan didərgin düşən Zamin illər sonra şanlı ordumuzun sıralarında ata evinə qayıdır. Bir neçə gün sonra isə ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır.
Çalışdığı Cəbrayıl rayon Mahmudlu kənd uşaq musiqi kollektivin ən şən üzvü olmuş Zamin haqqında iş yoldaşları, valideynləri böyük məhəbbətlə söz açıblar.
Bu gün qəhrəmanımızın yeganə övladı İnci atasının Qarabağdan məcburi köçkün düşdüyü yaşdadır. Atası kimi minlərlə qəhrəmanın canı, sağlamlığı bahasına azad olunmuş bütöv Azərbaycanın qürurlu övladı kimi böyüyür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:31]
Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib
- 14.10.2026 [16:43]
Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür
- 14.10.2026 [16:03]