ŞƏKƏR ÇUĞUNDURUNUN ƏKİN SAHƏSİ GENİŞLƏNDİRİLMİŞDİR
Bakı, 23 sentyabr (AZƏRTAC). Bu il şəkər çuğundurunun əkin sahəsi ötən ilə nisbətən 1,1 min hektar genişləndirilərək 7,56 min hektara çatdırılmışdır.
Bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir. O demişdir ki, şəkər çuğunduru istehsalının artırılmasının dəstəklənməsi və ölkə əhalisinin şəkərə olan tələbatının daxili istehsal hesabına nisbətən ödənilməsi istiqamətində işlər davam etdirilir.
Ötən il əkilmiş 6,4 min hektar şəkər çuğunduru sahəsinin hər hektarından 301,2 sentner olmaqla, 193,3 min ton məhsul yığılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]