Şəkidə həyat yoldaşını öldürən şəxs saxlanılıb
Şəki, 6 iyun, AZƏRTAC
Şəkidə həyat yoldaşını öldürən 1986-cı il təvəllüdlü Həmid Nazim oğlu Əliyev saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, ötən gün Şəkinin Cəyirli kənd sakini, 34 yaşlı Zəhra Əliyeva yatağında ölü vəziyyətdə aşkarlanmışdı.
Belə ki, cinayətdən sonra Həmid Əliyev hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Həmid Əliyevin yeri müəyyən edilib və o saxlanılaraq istintaqa təhvil verilib.
Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:50]
Türkiyənin Sinop Universiteti ADAU ilə əməkdaşlıqda maraqlıdır
- 05.06.2026 [13:42]
Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub
- 05.06.2026 [09:28]