Sello Lentsoane: Prezident İlham Əliyev olduqca maraqlı və dərinməzmunlu çıxış etdi VİDEO
Şuşa, 13 iyul, AZƏRTAC
Bu gün Prezident İlham Əliyev, demək olar ki, hər bir mövzuya toxundu, olduqca maraqlı və dərinməzmunlu çıxış etdi. Bizim də istədiyimiz məhz budur. Biz şəffaf olan, xalqına, cəmiyyətinə və bütövlükdə bütün dünya birliyinə qarşı hesabatlılıq nümayiş etdirən prezidentlər görmək istəyirik.
Bunu AZƏRTAC-a açıqlamasında Cənubi Afrikanın NNA TV+ platformasının platformalar üzrə rəhbəri Sello Lentsoane deyib.
"Düşünürəm ki, Prezident İlham Əliyev informasiyanın dünyaya necə ötürülməli və yayılmalı olması ilə bağlı mövzuya həqiqətən də çox real bir yön verdi. Artıq jurnalistlər Azərbaycana gələrkən buranın tamamilə təhlükəsiz bir məkan olduğunu və Prezidentin həqiqətən də hesabatlı, açıq bir lider olduğunu bilirlər", - deyə o diqqətə çatdırıb.