Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səmada, quruda, dənizdə Vətənə peşəkar xidmətin ünvanı - Heydər Əliyev adına Hərbi İnstitut VİDEO

Bakı, 18 mart, Göyçək Mahmudlu, Orxan Kərimov, Mir-Rəsul Cəfərov, AZƏRTAC

Hər bir dövlətdə cəmiyyətin aparıcı qüvvəsi gənclərdir. Öz gələcəyini parlaq görmək istəyən xalqlar, dövlətlər gənclərin mütəşəkkil formada, fiziki və mənəvi cəhətdən sağlam yetişməsi naminə var qüvvəsi ilə çalışır. Azərbaycanda da həm dövlət, həm də cəmiyyətimiz tərəfindən milli məfkurəyə sadiq, ölkənin siyasi nüfuzunun və hərbi qüdrətinin yüksəlməsinə xidmət edən gənclərin formalaşması üçün aparılan işlər öz bəhrəsini verib. Hər kəs bunun bariz nümunəsinə 44 günlük Vətən müharibəsində ordu sıralarına yeni qoşulan əsgərlərin belə öz yaşlarından böyük qəhrəmanlıqlar göstərməsi ilə şahidlik etdi. Bu məqamda Zəfərə gedən yolda peşəkar kadrların hazırlanmasının rolunu, Heydər Əliyev adına Hərbi İnstitutun kursant və məzunlarının şanlı Qələbəmizdəki əvəzsiz xidmətlərini vurğulamaq yerinə düşər. Əminliklə demək olar ki, həmin institutda Azərbaycan Silahlı Qüvvələrinə gərək olan bütün ixtisaslar üzrə zabitlər hazırlanır.

Bütün bunlara əyani şahid olmaq, müasir hərbi təhsil sisteminin ictimaiyyət arasında geniş təbliğ olunması, gənclər arasında hərbi vətənpərvərliyin və ordu sıralarına marağın artırılması məqsədilə martın 13-də Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutuna mediatur keçirilib.

Jurnalistlər həm tədris prosesini izlədilər, həm də yüksək səviyyədə fiziki hazırlıq məşqlərinə şahidlik etdilər

AZƏRTAC xəbər verir ki, əvvəlcə media nümayəndələrinə Qərargahda Hərbi İnstitutun tarixi, qəbul qaydaları və təhsil sistemi barədə ətraflı məlumat verilib. İnstitutun hərbi qulluqçuları arasında 10 nəfərin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldığı, şəhid polkovnik Zaur Nudirəliyevin isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldüyü qeyd olunub.

Media nümayəndələri, həmçinin Milli Müdafiə Universitetinin tabeliyində olan təhsil müəssisələrinə qəbul prosesi barədə də məlumatlandırılıb.

Daha sonra jurnalistlər “Heydər Əliyev və ordu quruculuğu” İdeoloji Mərkəzində Ulu Öndərin həyatı və siyasi fəaliyyətini, həmçinin ordu quruculuğu istiqamətində gördüyü işləri, o cümlədən Hərbi İnstitutun məzunlarının uğurlarını əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

Hərbi İnstitutun fəaliyyəti ilə tanışlıq institutun fakültələrində davam etdirilib. Jurnalistlər gəmi artilleriyası, kiçik güclü radiostansiyalar, elektron atış, silah atış, mühəndis maneələri, multimedia, hərbi əməliyyatların idarə edilməsi siniflərində və kimya laboratoriyasında keçirilən tədris prosesini izləyib, elektron kitabxana və elmi-texniki kitabxanada olublar.

Yataqxana və yeməkxanada yaradılan şəraitə baxış keçirən media nümayəndələri açıq və qapalı idman komplekslərində kursantların yüksək fiziki hazırlığının və asudə vaxtlarının səmərəli təşkili proseslərinə şahidlik ediblər. Qeyd olunub ki, kursantlar potensiallarına uyğun olaraq gündəlik rejim əsasında ağırlıqqaldırma, döyüş idman növləri və üzgüçülüklə məşğul olurlar. Jurnalistlər, həmçinin kursantların futbol, voleybol, stolüstü tennis, qaçış yarışlarını, trenajor məşqlərini yaxından izləyiblər.

Sonda media nümayəndələrinə heyətin tribuna qarşısından keçidi də nümayiş etdirilib.

Zaur Nudirəliyev, Murad Mirzəyev kimi qəhrəmanları ideal seçən gələcək zabitlər

Jurnalistlər Hərbi İnstitutun dördüncü kurs kursantları ilə də həmsöhbət olmaq imkanı əldə ediblər. Onların duruşu və düşüncələri artıq zabit kimi ordu sıralarında xidmətə hazır olduqlarını göstərirdi.

Kiçik yaşlarından hərbçi olmağı arzuladığını deyən Hərbi hava qüvvələri fakültəsinin dördüncü kurs kursantı Tərlan Şəbızadə fikirlərinə belə davam edib: "Hələ kiçik yaşlarımdan mən Vətənə xidmət yolunda hədəfimi müəyyənləşdirmişdim. Öz arzumun ardınca getdim. Hərbi hava qüvvələri fakültəsi üç kafedradan ibarətdir: mühəndislik, uçuş heyəti və hava hücumundan müdafiə. Mən Mühəndislik kafedrasında təhsil alıram. Bu illər ərzində qazandığım bilik və bacarıqlar məndə, həmçinin peşəkarlıq və liderlik qabiliyyəti yaratdı. Azərbaycan Ordusunun misilsiz qəhrəmanlarından olan Vətən müharibəsinin şəhid polkovniki Zaur Nudirəliyev kimi Azərbaycan Ordusunda şərəfli zabit olacağım üçün fəxr edirəm. Qürur duyuram ki, Hərbi İnstitutun kursantıyam.

Gələcəkdə Vətənə layiqli xidmət etmək istəyənləri, xüsusilə də mavi səmamızı qorumaq arzusunda olanları çəkinmədən bu şərəfli yola addım atmağa səsləyirəm".

Quru qoşunları və ümumi fənlər fakültəsində təhsil alan IV kurs kursantı İltifat Mirzəyev isə söhbətimiz zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət etmək istədiyini, idealının Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Murad Mirzəyev olduğunu dilə gətirib: "Ordu sıralarında zabit kimi xidmət etmək uşaqlıq arzum olub. Bu yolda keçdiyim çətinlik və böyük məsuliyyət nəinki gözümü qorxutmadı, bir daha əmin oldum ki, düzgün qərar vermişəm. Rəşadətli Ordunun bir mənsubu olaraq gələcəkdə xidmətimi yüksək səviyyədə təşkil etmək istəyirəm. Odur ki, bu təhsil ocağında bilik və bacarıqlarımı artırmaq üçün var qüvvəmlə çalışır, qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə icra etməyə cəhd edirəm. Qazandığımız biliklər bizim gələcək karyeramız üçün böyük önəm daşıyır. Çünki ordu sıralarında layiqli xidmət etmək üçün burada bir zabit kimi idarəetmə qabiliyyəti əldə edir və öz ixtisasımızın incəliklərinə yiyələnirik".

Kiçik şəhərciyi xatırladan Hərbi İnstitutdan ayrılanda bir daha əmin olduq ki, burada Azərbaycan gəncliyi sözün əsl mənasında hərtərəfli inkişaf edir: həm fiziki cəhətdən güclənir, həm mənəvi baxımından zənginləşir, həm də əldə etdiyi bilik və bacarıqları Vətən və xalq yolunda doğru istifadə yönündə püxtələşir. Qısası, qürur duyulası və özünə ləyaqətli yol seçmiş Azərbaycan gəncliyi yetişir.

Əminliklə demək olar ki, Vətən də, onun layiqli xidmətçiləri də əmin əllərdədir...

Səmada, quruda, dənizdə Vətənə peşəkar xidmətin ünvanı - Heydər Əliyev adına Hərbi İnstitut VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

Neft bahalaşıb

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır