Şəmkirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb
Bakı, 17 iyul, AZƏRTAC
Şəmkirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun İrmaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Fikrət Bağırovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında ölməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:35]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:13]