Seneqalda prezident seçkilərinin rəsmi nəticələri elan olunub
Bakı, 28 mart, AZƏRTAC
Bassiru Diomaye Faye seçkilərin ilk turunda qalib gələrək Seneqalın yeni prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, Seneqalın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Diomaye Faye səslərin 54,28 faizini toplayıb. Onun rəqibi Amadu Baya isə seçicilərin 35,79 faizi etimad göstərib. Digər namizəd, Aliu Mamadu Dia cəmi 2,8 faiz səs qazana bilib.
Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələr Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yeni prezident vəzifəsinin icrasına başlayacaq. Məhkəmənin iclası gələn həftəyə təyin edilib.
Qeyd edək ki, 44 yaşlı Bassiru Diomaye Faye müstəqil Seneqalın beşinci və ən gənc prezidenti hesab edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]