Sentyabrda bəzi bölgələrdə 39 dərəcə isti olacaq
Bakı, 31 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, sentyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
Departamentdən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 24-29°, bəzi günlərdə 32-37° isti təşkil edəcəyi ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 12-23 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 21-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 17-22°, gündüzlər 26-31°, bəzi günlərdə 34-39° isti təşkil edəcəyi ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-13 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-18° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 10-15°, gündüzlər 18-23°, bəzi günlərdə 25-30° isti təşkil edəcəyi ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə çox (norma 34-50 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında Orta aylıq temperaturun 21-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 17-22°, gündüzlər 23-28°, bəzi günlərdə 32-37° isti təşkil edəcəyi ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-44 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 17-21° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 16-21°, gündüzlər 22-27°, bəzi günlərdə 30-35° isti təşkil edəcəyi ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-120 mm) olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 25-30°, bəzi günlərdə 33-38° isti təşkil edəcəyi ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 14-38 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 17-22°, gündüzlər 23-28°, bəzi günlərdə 31-36° isti təşkil edəcəyi ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 mm) olacağı gözlənilir.