SERBİYA VƏ KOSOVADA GƏRGİNLİK DAVAM EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Kosovanın bir çox şəhərində serblərlə albanlar arasında münaqişə davam edir. Priştina şəhərində BMT-nin Kosovadakı missiyasının maşınları yandırılmışdır. BMT-nin bölgədə serblərə daha yaxın mövqedən çıxış etdiyinə görə Albanlar etiraz aksiyaları keçirirlər. Priştinanın bəzi yerlərində atışmalar baş vermişdir. Vəziyyət nəzarətdən çıxdığından bəzi şəhərlərdə qadağan saatının tətbiqi gözlənilir. Kosovanın müxtəlif bölgələrində serblərlə albanlar arasında baş verən silahlı münaqişələrdə 20-dən çox adam həlak olmuş, 547 nəfər isə yaralanmışdır.
Kosovadakı gərginlik Belqrad şəhərində də hiss olunur. Burada serblər Osmanlı imperiyası zamanından qalan Bayraqlı Məscidə əldəqayırma partlayıcı maddələr atmışlar. Serblər Niş şəhərindəki məsciddə də yanğın törətmişlər. Belqrad müftüsü Yusuf Spahiç Belqrad və Niş şəhərlərində ibadətxanalara qarşı törədilən təxribatlrarı qəti şəkildə pisləmiş, hüquq-mühafizə orqanlarından belə hərəkətlərin qarşısının alınmasını tələb etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]