Serbiyada litium layihəsinə qarşı etiraz aksiyası keçirilib
Belqrad, 2 sentyabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda Yadar litium hasilatı layihəsinə qarşı etiraz aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Serbiya Radio Televiziyasının binasının qarşısında keçirilən aksiyada minlərlə nümayişçi litiumun layihəsinə növbəti dəfə etiraz edib. Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç aksiyanın insidentsiz başa çatdığını deyib.
Xatırladaq ki, avqustun 10-da paytaxt Belqradda və digər bölgələrdə litium layihəsinə qarşı baş tutan nümayişlərdə 20 mindən çox insan iştirak edib. Daha sonra Serbiya Prezidenti Aleksandar Vuçiç yerli icmalarla görüş keçirib, qarşıdakı iki il ərzində litium ehtiyatları ilə bağlı hər hansı qazıntının aparılmayacağı bildirib.
Yadar vadisində Avropanın ən böyük litium yatağı yerləşir. Britaniya-Avstraliya birgə müəssisəsi olan “Rio Tinto” dağ-mədən şirkəti 2004-cü ildə Serbiyanın Loznitsa şəhərində litium mineral ehtiyatları aşkarlayıb. Yadar dağ-mədən layihəsi ötən illərdə də Serbiyada ekoloji etirazlara səbəb olub.
Bu ilin iyulunda Serbiya hökuməti və Avropa İttifaqı litium tədarükünə dair saziş imzalayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]
Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib
- 14.10.2026 [14:36]