Sergey Rebrov: Azərbaycanla ilk oyunumuzda etdiyimiz səhvləri təkrarlamaq istəmirik
Kiyev, 12 oktyabr, AZƏRTAC
Ukraynanın futbol üzrə milli komandası DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oyuna qələbə üçün çıxacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Azərbaycan millisi ilə sabah keçiriləcək oyun öncəsi mətbuat konfransında söyləyib.
“Azərbaycanla ilk oyunumuzda etdiyimiz səhvləri təkrarlamaq istəmirik. Bizə qələbə Azərbaycandan daha çox lazımdır. Birinci dəqiqədən mübarizə aparacağıq. Maksimum gücümüzü ortaya qoyacağıq”, deyə Rebrov əlavə edib.
S.Rebrov bildirib ki, Azərbaycanla oyunda hücum futbolu sərgiləyəcəklər.
“Biz bir top vurub müdafiədə oynamağı sevmirik. Daha çox top vurmaq istəyirik. Əsas 3 xalı qazanmaq istəyirik”, - deyə Rebrov vurğulayıb.
Qeyd edək ki, Ukrayna-Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhər stadionunda keçiriləcək.
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]