Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib

Şərur, 20 dekabr, AZƏRTAC

Şərur rayonu qədim tarixə malikdir. Min illər boyu əcdadlarımız bu torpaqda ardıcıl həyat sürüb, zəngin mədəniyyət və dəyərlər sistemi formalaşdırıblar. Bəşər sivilizasiyasının ilkin dövrünün yadigarları olan Oğlanqala, Qazma mağarası, Ovçular təpəsi və Qız qalası kimi qədim yaşayış yerlərində aparılan tədqiqatlar Naxçıvan tarixinin öyrənilməsində yeni mərhələ təşkil edir. Bu gün Şərur rayonunun tarixi sistemli şəkildə tədqiq və təbliğ olunur. Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi də bu tədbirlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 20-də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri muzeyin yeni binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi ümummilli liderimiz Heydər Əliyevin 1980-ci ildə rayonlarda Tarix-Diyarşünaslıq Muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən yaradılıb. Ötən dövrdə muzeyin fondu eksponatlarla zənginləşdirilib. Muzeyin fondunda 7 mindən artıq eksponatın olması Şərur rayonunun qədim tarixə və zəngin mədəniyyətə malik olmasının göstəricisidir. Şərur rayonu ilk insan yaşayış məskənlərindəndir. Rayonda Qazma mağarası, Oğlanqala, Qız qalası, Maxta Kültəpəsi və digər tarixi yerlər bu ərazilərin ilk insan yaşayış məskəni olduğunu sübut edir. Bunun nəticəsidir ki, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində bütün tarixi inkişaf dövrlərinə aid eksponatlar mövcuddur.

Ali Məclisin Sədri deyib: “Muzeylər xalqımızın milli mədəniyyət nümunələrini özündə yaşadan müqəddəs yerlərdir. Ona görə də muzeylər daim zənginləşdirilməli, qorunmalı və ziyarət olunmalıdır”. Fəaliyyət göstərdiyi dövrdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi də minlərlə ziyarətçi qəbul etmiş, bu ərazinin tarixi haqqında insanlara ətraflı məlumat verilmişdir. Yaradılan şərait muzeyin fəaliyyətinin daha da genişləndirilməsinə, eksponatlarla zənginləşdirilməsinə və ziyarətçilərin artmasına imkan verəcəkdir. Bu gün muxtar respublika sakinlərinin təşəbbüsləri ilə evlərdə olan eksponatlar muzeylərimizə təqdim olunur, muzey fondları zənginləşdirilir. Evlərdə saxlanılan eksponatların muzeylərə təqdim olunması tarixi-mədəni irsimizin qorunmasına və daha geniş formada təbliğinə imkan verir.

Ali Məclisin Sədri muzeylərə eksponatlar təqdim edən sakinlərə təşəkkürünü bildirib.

“Milli mədəniyyət nümunələrimiz muzeylərdə qorunaraq gələcək nəsillər üçün saxlanılır”, - deyən Ali Məclisin Sədri bildirib ki, muzeylərimiz daim zənginləşdirilməli, qorunmalı, eksponatlar qeydiyyata alınaraq dövrləşdirilməlidir. Eyni zamanda, muzey işçiləri o yerin və muzeylərdəki eksponatların tarixini öyrənməli, gələn ziyarətçilərə ətraflı məlumat verməlidirlər. Xalqımızın qədim və zəngin tarixi vardır. Tariximiz isə muzeylərdə yaşayır. Bu mənada muzeylərimiz həm də qürur mənbəyimizdir. Dövlətimiz tərəfindən muzeylərin fəaliyyəti üçün lazımi tədbirlər görülür, proqramlar qəbul olunur, muzeylər yenidən qurulur və eksponatlarla zənginləşdirilir, muzey işçilərinin maddi rifah halları yaxşılaşdırılır. Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi də dövlət vəsaiti hesabına qurulub, muzey fonduna yeni eksponatlar daxil edilərək dövrləşdirilib, muzey işçilərinin əməkhaqları artırılıb. Muzey işçiləri də yaradılan şəraitdən düzgün istifadə etməli, muzey işini, rayonun, eləcə də eksponatların tarixini öyrənməli, ziyarətçilərə dolğun və ətraflı məlumat verməlidirlər.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə, Şərur rayonunun tarixinin muxtar respublika tarixinin bir hissəsi kimin öyrəniləcəyinə və qorunub saxlanılacağına əminliyini bildirib, muzey işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, muxtar respublikada geniş vüsət almış abadlıq-quruculuq tədbirləri mədəniyyət sahəsini də əhatə edib. Qədim diyarımızda tarixi abidələrin bərpası, yeni muzeylərin yaradılması, musiqi məktəblərinin inşası, teatrlara və musiqi kollektivlərinə göstərilən diqqət və qayğı bunun bariz ifadəsidir. Ali Məclis Sədrinin mədəni irsimizin qorunması, yeni muzeylərin yaradılması, xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin bərpası və öyrənilməsi, elmi konfransların keçirilməsi, görkəmli şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi və ev-muzeylərinin yaradılması ilə bağlı imzaladığı fərman və sərəncamlar mədəniyyətimizin inkişafına mühüm töhfədir. Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində də mühüm işlər görülür. Yeni muzeylər yaradılır, muzey fondları zənginləşdirilir və internet saytları istifadəyə verilir. Hazırda muxtar respublikada fəaliyyət göstərən 30 muzeydən 17-si son 20 ildə yaradılıb. Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Natəvan Qədimova göstərilən diqqət və qayğıya görə muxtar respublikanın mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Muzeyin direktoru Hüseyn Talıbov deyib ki, tarixi öyrənmək, tədqiq və təbliğ etmək milli varlığı qorumağın əsas şərtidir. Bu gün istifadəyə verilən Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi də qədim yaşayış məntəqəsi olan Şərurun tarixini bu günə daşıyan, qoruyub-saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi dəyərlər xəzinəsi kimi mühüm əhəmiyyət daşıyır. Yaradılan şərait işimizi günün tələbləri səviyyəsində qurmağa imkan verəcəkdir. Şərur rayonuna xüsusi yaraşıq verən bu gözəl binanı - Rayon Tarix-Diyarşünaslıq Muzeyini Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində şərurlulara böyük hədiyyə kimi qəbul edirik. Hüseyn Talıbov muzey işçiləri və muzeyin gələcək ziyarətçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra muzeyə baxış olub.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində bələdçi, baş fond mühafizi, zal nəzarətçisi, fond, eksponatların bərpası otaqları, ikinci və üçüncü mərtəbələrdə isə ekspozisiya zalları yerləşir. Muzeydə Şərur rayonunun tarixini, mədəniyyətini, etnoqrafiyasını və təbiətini əks etdirən 7 mindən çox eksponat vardır.

Bərpaçı Məlahət Həsənova muxtar respublikada tarixi-mədəni irsimizin qorunub saxlanılması sahəsində görülən işlərə görə minnətdarlıq edib.

Ekspozisiyada ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şərur rayonuna səfərlərinin fotoları, Naxçıvan Muxtar Respublikasının və Şərur rayonunun inzibati-siyasi xəritəsi sərgilənir. Qazma mağarası, Ovçular təpəsi, Maxta Kültəpəsi, Qız qalası, Qarasu qalası, Oğlanqala abidələrinin fotoları, bu abidələrdən aşkar olunan maddi-mədəniyyət nümunələri - daş süxurlar, obsidianlar, daş, tunc və misdən hazırlanmış əmək alətləri, silahlar, etnoqrafik materiallar, rayon ərazisində istifadə olunmuş sikkələr muzeyin eksponatları sırasında saxlanılır və nümayiş etdirilir. Həmçinin ekspozisiyada XIX-XX əsrlərdə rayon ərazisində istifadə olunmuş məişət əşyaları və kənd təsərrüfatı alətləri, Şərur rayonun kəndlərində, o cümlədən Günnütdə toxunmuş xalçalar, Şərurun tanınmış şəxsiyyətləri və şəhidləri haqqında məlumatlar və fotolar, “Şərur” Xalq Yallı Ansamblının qazandığı mükafatlar, Şərur rayonuna aid kitab və qəzetlər də ziyarətçilərə təqdim edilir.

Binanın zirzəmisində qazanxana, fond və texniki otaqlar vardır. Binada fərdi qazanxana quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, müasir işıqlandırma və suvarma sistemləri qurulub.

Ali Məclisin Sədri muzey fondunun və ekspozisiyanın zənginləşdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Sosial qayğıya ehtiyacı olanlara mənzillər və minik avtomobili təqdim olunub

Dekabrın 20-də Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzil təqdim olunub, 1 Çernobıl əlilinə isə “NAZ- Lifan 320” markalı minik avtomobili verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü bildirib, onlara yeni mənzillərində rahat və firavan həyat arzulayıb, mənzillərin orderlərini və avtomobilin açarını təqdim edib.

Mənzillə təmin olunan Azərbaycan Vətən Müharibəsi iştirakçısı Nazim Cavadovun ailə üzvü Gözəl Cavadova deyib: Muxtar respublikada insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Bunu biz gündəlik həyatımızda hiss edirik. Vətənimizin müdafiəsi zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir. Müharibə əlilləri, şəhid ailələri mənzillə təmin olunur, onlara minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Muxtar respublikada yaradılan şəraitin nəticəsidir ki, çox rahat yaşayırıq. Ailəmizin mənzillə təmin olunacağını eşidəndə çox sevindik. Gözəl Cavadova bayram ərəfəsində onları gözəl şəraitli mənzillə təmin etdiyinə görə Ali Məclisin Sədrinə müharibə əlilləri və şəhid ailələri adından dərin minnətdarlığını bildirib, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Mənzillə təmin olunmuş Əziz İbrahimov, Şahin Abdullayev və Sənan Rəhimov, eləcə də avtomobil təqdim edilən Sadiq Rzayev də ailə üzvləri adından minnətdarlıq ediblər.

2 və 3 otaqlı tam təmirli mənzillər rayonun İbadulla və Dəmirçi kəndlərində, eləcə də Şərur şəhərində yerləşir. 4 mənzilin hər birində lazımi kommunal-məişət şəraiti yaradılıb. Yeni mənzillə təmin olunanlara xalça hədiyyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib