Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub
Naxçıvan, 13 iyul, AZƏRTAC
İyulun 13-də Şərur rayon sakini 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, araşdırma zamanı Şərur rayonu Yuxarı Havuş kənd sakini 1992-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlu rayonun Aşağı Daşarx kənd ərazisində əmisi və həmkəndlisi 1971-ci il təvəllüdlü İbrahimov Cabir İbrahim oğlu tərəfindən torpaq sahəsi üzərində aralarında yaranan mübahisə zəminində dəmir parçası ilə xəsarət yetirilərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cabir İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:15]
Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:29]
Xaçmazda məktəblini avtomobil vurub VİDEO
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]