Səudiyyə Ərəbistanında Ər-Riyad, Məkkə və Mədinəyə giriş-çıxışlar bağlanılıb
Qahirə, 25 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləziz paytaxt Ər-Riyad, habelə Məkkə və Mədinə şəhərlərinə giriş-çıxışların bağlanılması haqqında sərəncam imzalayıb. Koronavirus pandemiyasının qarşısını almaq üçün qəbul edilən bu qərarda, həmçinin ölkənin 13 bölgəsi arasında səfərlər qadağan edilir.
AZƏRTAC xəbər verir ki, rəsmi SPA agentliyinin məlumatında Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin Ər-Riyad, Məkkə və Mədinə şəhərlərində saat 19:00-dan 06:00-dək xüsusi karantin rejimi tətbiq etdiyi bildirilir.
Rəsmi məlumata görə, Krallıqda koronavirusa yoluxanların sayı 767 nəfərdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]