Səudiyyə Ərəbistanında yol-nəqliyyat hadisəsi nəticəsində azı dörd nəfər ölüb
Qahirə, 26 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının Mədinə vilayətində avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı dörd nəfərin həlak olduğu bildirilir. Qəzada xəsarət alan 48 sərnişin Mədinə xəstəxanasına çatdırılıb.
“Arabnews” qəzetinin məlumatında deyilir ki, ağır yol-nəqliyyat hadisəsi Məkkə ilə Mədinəni birləşdirən Əl Hicrə magistralında baş verib. İnsidentin baş verdiyi əraziyə 20 təcili tibbi yardım maşını cəlb olunub.
Səudiyyə Ərəbistanının Prokurorluğu qəza ilə bağlı təhqiqat aparır. Həlak olanların və xəsarət alanların adları açıqlanmayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]