ŞƏXSİ KOLLEKSİYADA ŞEKSPİRİN PORTRETİNİN ƏSLİ TAPILMIŞDIR
Şekspirin ölümündən azı yüz il sonra - XVII əsrdə çəkilmiş portret Vaşinqtondakı Folcer Şekspir kitabxanasını bəzəyir. Tablo Londonda Şekspirin təsvirlərinin nümayiş etdirildiyi xüsusi sərgiyə gətirilmişdi. Burada portreti XVIII əsr incəsənət əsərlərindən ibarət şəxsi kolleksiyanın sahibi Alek Kobbe görmüşdür. Onun ev kolleksiyasında oxşar portret var, lakin portretdə Şekspirin müasiri, dəniz səyyahı və şair, kraliça I Elizabetin favoriti ser Uolter Relinin təsvir olunduğunu güman edirdilər. Sənətşünaslar müəyyənləşdirmişlər ki, Relinin ehtimal edilən portreti 1610-cu ilə aid olub, sərgiyə gətirilən portretin, həqiqətən, əslidir. Folcer kitabxanasında saxlanılan portretin surəti məhz ondan çıxarılmışdır.
Kobbenin kolleksiyasının Sauthempton qrafları ailəsinə gedib çıxması faktı alimlər üçün çox qiymətlidir. Onlardan üçüncüsü – Henri Rizli Uilyam Şekspirin havadarlarından biri olmuşdur. Kobbenin evində Şekspirin sağlığında çəkilmiş əsil portretinin saxlanıldığını daha üç fakt - portretdə təsvir olunan adamın yaşı (46), portretin çəkildiyi tarix (1610-cu il), dramaturq üçün səciyyəvi alın və krujevalı yaxalıq sübut edir. Bütün bunlar Şekspir haqqında məlumata uyğun gəlir. Lakin ekspertlər 1988-ci ildə bərpa zamanı aşkar etmişlər ki, portretdəki bəzi detallar, o cümlədən tarix köhnələrinin üstündən yazılmışdır.
Şekspirşünaslara dramaturqun bir dənə də həqiqi təsviri məlum deyildir. Alimlərin əksəriyyətinin fikrincə, Şekspir “Çandos portreti”ndə təsvir olunmuş naməlum kişiyə oxşayırdı. XVII əsrin axırlarında çəkilən bu portret dramaturqun xaç oğulluğu Uilyam Davenanta məxsus idi.