Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
Bakı, 23 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iyunun 25-də Azərbaycan Fotoqraflar Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə "Zəfərin ruhu" adlı səyyar rəsm və fotosərgisi açılacaq. Saat 17:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək sərgidə Azərbaycan Ordusunun qəhrəmanlığını, xalqımıza bəxş etdiyi əbədi Zəfər ruhunu, Qarabağımızın gözəlliklərini əks etdirən əsərlər nümayiş olunacaq.
Həmin gün saat 20:00-da Heydər Əliyev Mərkəzinin həyətindəki açıq konsert meydanında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası nəzdində Xalq çalğı alətləri orkestrinin konsert proqramı təqdim ediləcək. Həmçinin Ağstafa Heydər Əliyev Mərkəzində mədəniyyət nazirinin müavini, pianoçu, Xalq artisti Murad Hüseynov tərəfindən Uşaq İncəsənət Festivalının fortepiano nominasiyası üzrə qeydiyyatdan keçmiş iştirakçıları üçün ustad dərsinin təşkili nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]
Gənc rəssamın növbəti uğuru
- 05.06.2026 [10:57]