Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nyu-Yorkda beynəlxalq konfransda iştirak edib
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov iyulun 6-7-də Nyu-York şəhərində (ABŞ) Birləşmiş Millətlər Təşkilatının (BMT) qərargahında keçirilmiş “Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin ikinci beynəlxalq konfransı”nda iştirak edib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilir ki, konfransda BMT-nin sülhməramlı qüvvələrinin inkişafı, qüvvələrin çevik yerləşdirilməsi, təlimlər və digər aidiyyəti mövzular üzrə müzakirələr aparılıb, o cümlədən BMT-nin Sülhməramlı Əməliyyatlar və Səhra Dəstəyi İdarələrinin rəsmiləri ilə görüşlər keçirilib.