Sinoptiklərdən xəbərdarlıq: 43 dərəcə isti olacaq
Bakı, 1 iyul, AZƏRTAC
Sinoptiklər əlverişsiz hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, iyulun 3-dən 6-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-37°, bəzi yerlərdə isə 39° isti olacağı gözlənilir.
İyulun 7-dək bəzi rayonlarda havanın maksimal temperaturu 35-40°, Naxçıvan MR-də və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43°, dağlıq rayonlarda isə 28-33° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən iyulun 3-dən 6-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]