Sinoptiklərdən xəbərdarlıq: Dağlıq rayonlarda gecə saatlarında yolların buz bağlama ehtimalı var
Bakı, 7 dekabr, AZƏRTAC
Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 8-də axşam, dekabrın 9-da arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, dekabrın 9-da arabir güclənəcək.
Azərbaycanın əsasən şimal və şərq rayonlarında dekabrın 8-də axşam və dekabrın 9-da havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi bildirilir. Qərb küləyi əsəcək, dekabrın 9-da ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq rayonlarda gecə saatlarında yolların buz bağlama ehtimalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]