Siyasət Əsgərov: Məqsədimiz sentyabrda keçirəcəyimiz rəsmi oyunlara hazırlaşmaqdır
Bakı, 12 aprel, AZƏRTAC
İlk oyunu təhlil edib səhvlərimizi müəyyənləşdirdik. Etiraf edək ki, birinci oyunda çox səhvlərimiz oldu. Bunun nəticəsində meydanı məğlub tərk etdik. Daha sonra ikinci oyuna hazırlaşdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda qadın futbolçulardan ibarət Türkiyə millisi ilə yoldaşlıq oyunu keçirən Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov deyib.
Siyasət Əsgərov bildirib ki, məqsədimiz qələbə qazanmaq idi. Təəssüf ki, ilk hissədə aldığımız qırmızı vərəqə planlarımız pozdu. Altmış dəqiqədən çox azlıqda oynamağımıza baxmayaraq, sonadək mübarizə apardıq. Qələbə qazana bilməsək də, məğlub da olmadıq. Xarakter nümayiş etdirən komandama təşəkkür edirəm.
“Keçirdiyimiz rəsmi oyunlardan sonra ilk təlim-məşq toplanışımız idi. Gündə iki dəfə olmaqla hazırlıq mərhələsi keçdik. Milliyə cəlb olunan bütün futbolçular çox həvəsli idilər. Növbəti toplanışlarda daha da inkişaf edəcəyimizi düşünürəm. Məqsədimiz sentyabrda keçirəcəyimiz rəsmi oyunlara hazırlaşmaqdır”, - deyə baş məşqçi əlavə edib.
“Dalğa Arena”da keçirilən oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar arasında daha əvvəl keçirilmiş ilk oyunda Türkiyə yığması 1:0 hesablı qələbə qazanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]