Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi ekspert: Azərbaycan döyüş meydanında qazandığı üstünlüyünü masaya daşıyır

Siyasi ekspert: Azərbaycan döyüş meydanında qazandığı üstünlüyünü masaya daşıyır

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan və Ermənistan Xarici Işlər nazirləri arasında Sergey Lavrovun iştirakı ilə Moskvada keçirilən görüşü bəlkə son 30 ilin ən gərgin, ən mürəkkəb görüşü hesab etmək olar. Danışıqların 11 saat davam etməsi də bunu sübuta yetirir. Bu, həm də o deməkdir ki, Azərbaycan masa arxasında da savaşıb, döyüş meydanındakı əzmini danışıqlarda da nümayiş etdirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Siyasi ekspert deyib: “Bu gün danışıqlarla bağlı müxtəlif fərziyyələr irəli sürənlərin ən azı geridə qalan 13 günlük zaman kəsiyində verilən bəyanatlarının, səsləndirilən xatırlatmalarının faydalı olacağını düşünürəm. Azərbaycan Ermənistanın hərbi təxribatları qarşılığında əks-hücuma başlayanda da, işğalçı ordunu darmadağın edəndə də danışıqları istisna etməmişdi və bunun üçün öz şərtlərini irəli sürmüşdü. Bu şərtlər isə beynəlxalq hüquqa, Azərbaycanın işğal altında olan ərazilərinin tamamilə və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə söykəndiyi üçün hətta ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də hansısa reaksiya ilə qarşılanmamışdı… Qardaş Türkiyə rəsmiləri də prosesin inkişaf perspektivini nəzərə alaraq, “Masada da, meydanda da Azərbaycanın yanındayıq” bəyanatını vermişdilər.

E.Mirzəbəyli qeyd edib ki, Azərbaycan da indi bu prosesi paralel şəkildə aparır. Döyüş meydanında qazandığı üstünlüyü masaya daşıyır və masada əldə edəcəklərini, yaxud işğalçıya real təzyiq göstərilməyəcəyi təqdirdə, etməyəcəklərini döyüş meydanına daşıyacaq.

Yəni, humanitar atəşkəs, sadəcə, birinci mərhələdir. Hərbi əməliyyatların gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmasıdır. Bu proseslərin paralel şəkildə aparılması ona görə vacibdir ki, əldə edilmiş nailiyyətlərin daha da gücləndirilməsinə zəmin yaransın.

Ermənistan tərəfinin daxili ictimai rəyə hesablanmış fantastik təbliğat və təşviqat metodlarının, üfürülən yalanların miqyasının nəhayətsizliyinə rəğmən, artıq danışıqların gedişində də şərtləri Azərbaycan müəyyən edir və qarşı tərəfin hər hansı bir iddiasının, şərtinin qəbul edilməyəcəyi ilə bağlı mövqeyini imperativ şəkildə nümayiş etdirir.

“Nəzərə almaq lazımdır ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə atılan bütün addımlar, həyata keçirilən və keçiriləcək bütün əməliyyatlar Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində gerçəkləşdirilir. Azərbaycan Prezidenti bu təzyiqlərə mətanətlə sinə gərir, çevik, ardıcıl və zamanında atılan diplomatik addımlarla ölkəmizə olan təzyiqləri neytrallaşdırır, işğalçı Ermənistanın və havadarlarının dövlətimizə qarşı vahid diplomatik cəbhə formalaşdırmaq cəhdlərinin qarşısını alır. Bu, olduqca çətin, mürəkkəb və ziddiyyətli bir prosesdir. Hadisələrin gedişatında hər an yeni reallıqların ortaya çıxması, ilk baxışda həlli asan görünən problemlərin mürəkkəb xarakter alması mümkündür və bu ehtimal heç vaxt istisna olunmayıb. Belə olduğu təqdirdə, diplomatik müstəvidə buraxılan istənilən səhv hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Həmçinin humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada yox deməsi Ermənistanın mövqelərinin gücləndirilməsinə zəmin yarada və ölkəmiz tərəfindən Beynəlxalq Humanitar Hüququn prinsiplərinin, o cümlədən Haaqa və Cenevrə konvensiyalarının və bu konvensiyalara BMT Baş Assambleyasının Əlavə protokollarının pozulması kimi təqdim edilə bilərdi ki, bu da indiki şəraitdə ölkəmizin maraqlarına qətiyyən uyğun deyil”, - deyə ekspert bildirib.

“Unutmaq lazım deyil ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır və hərbi əməliyyatların keçirildiyi ərazilərdə humanitar məqsədlə hərəkətlərin yerinə yetirilməsinə xidmət edir”, - deyən E.Mirzəbəyli bildirib ki, digər tərəfdən, Azərbaycanın irəli sürdüyü şərtlər və bu şərtlərlə bağlı Prezident İlham Əliyevin prinsipial mövqeyi ortalıqdadır. Danışıqlar mahiyyəti üzrə, heç bir manipulyasiyaya, status-kvonun bərpasına xidmət edən bəhanələrə yol verilmədən aparılmalı, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalı və həyata keçirilməlidir.

Əgər bundan sonra Ermənistan yenə də ənənəvi davranışlarını davam etdirəcəksə və işğal etdiyi Azərbaycan ərazilərindən konkret, əvvəlcədən müəyyənləşdirilmiş və qısa zaman çərçivəsində öz qoşunlarını çıxarmayacaqsa, bu halda sülhə məcburetmə əməliyyatlarının yenidən bərpası kimsədə şübhə doğurmamalıdır.

Artıq təmas xətti deyilən anlayış yoxdur, status-kvo dəyişib, hərbi və siyasi müstəvidə şərtləri Azərbaycan diktə edir.

Vaxtilə Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin isə çox böyük geosiyasi əhəmiyyəti var. Bu Azərbaycanın öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcəyinin, tarixi və hüquqi ərazisində suveren hüquqlarından kənar hər hansı bir subyektin formalaşmasına imkan verməyəcəyinin sübutudur.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbələrlə Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistanın baş naziri artıq heç bir şərt irəli sürmür və ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir.

Son 30 ildə Azərbaycan Ordusu ilk dəfədir ki, bir həmləyə 15-20 gün bundan əvvəl əksəriyyətimizin təsəvvür edə bilməyəcəyi qədər ərazi azad edib. Nəzarətimizdə olan, düşmənin ayaq basa bilməyəcəyi ərazilərin miqyası isə işğaldan azad etdiklərimizdən dəfələrlə böyükdür. Bütün cəbhəboyu döyüş şəraitinə Azərbaycan Ordusu nəzarət edir.

Ordumuz 12 gün ərzində Ermənistanın hərbi birləşmələrini darmadağın edib, düşmənin hərbi potensialına onun indiki iqtisadi imkanları ilə on illərlə bərpa edə bilməyəcəyi qədər ziyan dəyib. Biz bu savaşda öz xoşu ilə Azərbaycan torpaqlarından bir qarış belə geri çəkilmək istəməyən hikkəli, təkəbbürlü, özünü məğlubedilməz hesab edən Ermənistan cəmiyyətinin, dünya ermənilərinin müqavimət, dirəniş damarını qırmışıq, ona real gücün nə olduğunu başa salmışıq. Onların sosial şəbəkələrdə qopardıqları “fırtına”ya baxmayın, elə sınıblar ki, bir daha çətin özlərinə gəlsinlər.

İndi azad etdiyimiz ərazilərdə, Ermənistan ordusunun hər hərəkətini nəzarətdə saxlamağa imkan verən yüksəkliklərdə mövqeyilərimizi möhkəmləndiririk. Heç kim bir neçə saat, yaxud bir neçə gün sonra Ermənistanda nələrin baş verəcəyini bilmir. Bundan sonra cərəyan edən bütün proseslər xeyrimizə işləyəcək, döyüşdəki uğurlarımız diplomatik müstəvidəki üstünlüklərimizlə davam edəcək.

Unutmaq lazım deyil ki, müharibə ilə diplomatiyanın ritorikası eyni deyil. Diplomatiyanın dili daha lakonikdir və bütün məqamlar elan olunmayan detallarda gizlənir. Məhz bu baxımdan da səbirli olmaq, dövlətimizə, Ordumuza olan sonsuz güvənimizi qoruyub saxlamaq, informasiya savaşından, əsəb müharibəsindən də döyüş meydanında olduğu kimi, qalib çıxmaq üçün maksimum səy göstərmək lazımdır. Ali Baş Komandan Azərbaycan ərazilərinin bir qarışının belə düşmənə güzəştə gedilməsini qəbul etməyəcək qədər qətiyyətli, prinsipial və cəsarətlidir! Prezidentin, Ordunun gücü xalqın gücüdür! Gücümüzə güc qataq!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb