Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi şərhçi: Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır

Siyasi şərhçi: Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır

Bakı, 25 avqust, AZƏRTAC

Dost və qardaş ölkələr olan Azərbaycan ilə Türkmənistan xalqları arasında münasibətlərin tarixi qədimdir. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, dilə, dinə, mədəniyyətə, qədim tarixi bağlılığa və ənənələrə malikdirlər. Ölkələrimizi və xalqlarımızı tarixdən gələn dəyərlər birləşdirir. Müstəqillik dövründə də hər iki dövlətlər arasında diplomatik, siyasi, iqtisadi və mədəni əlaqələr quruldu. Amma, etiraf edək ki, bu münasibətlər istənilən səviyyədə deyildi, yəni, dövlətlərarası əməkdaşlıq, xalqlar arasında əsrlər boyu mövcud olan bağlara, sıx və mehriban əlaqələrə adekvat deyildi. Hətta bəzi ekspertlər də bu əlaqələrin dərinləşməsində və möhkəmlənməsində müəyyən maneələrin olduğunu, Türkmənistanı isə Türk Dövlətləri Təşkilatının ən zəif həlqəsi kimi dəyərləndirir, onun bu prosesə qoşulmaqda, böyük türk ailəsində birləşməkdə maraqlı olmadığını vurğulayırdılar. Bu vəziyyət, bir tərəfdən əvvəlki rəhbərliyin dövründə Türkmənistanın bir dövlət olaraq özünütəcrid siyasətinin, yəni, ölkəni bütün proseslərdən kənarda saxlamaq, hər hansı bir koalisiyalara, birliklərə qoşulmamaq istəyinin olması, digər tərəfdən isə onun Azərbaycanla bəzi məsələlərdə fikir ayrılığının mövcudluğu səbəbindən bir müddət davam edən soyuqluqla izah edilirdi.

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan tərəfi səbir və təmkin nümayiş etdirərək, mümkün narazılıqların və fikir ayrılıqlarının həlli üçün davamlı, sabit və çevik diplomatiya yürüdür. Xarici siyasətin əsas istiqamətlərinə uyğun olaraq, ölkəmiz, ilk növbədə, türk dövlətləri və qonşularla, o cümlədən Türkmənistanla münasibətləri daha da inkişaf etdirir, onları yeni və daha yüksək müstəviyə keçirir. Bu məqsədlə ikitərəfli əlaqələrin möhkəmlənməsi, eləcə də çoxtərəfli əməkdaşlığın, - xüsusən Türk Dövlətləri Təşkilatı çərçivəsində, - daha faydalı olması üçün həssas addımlar atılır. Nəhayət, son illərdə hər iki tərəfin sərgilədiyi güclü siyasi iradə nəticəsində münasibətlərdə ciddi dönüş yaranıb, qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanan əməkdaşlıq daha da möhkəmlənib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli söyləyib.

O deyib: “Əminəm ki, 2025-ci il Azərbaycan-Türkmənistan münasibətlərinin tarixində xüsusi yer tutacaq. Belə ki, iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, qısa müddət sonra - avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana səfəri iki dövlət arasında əlaqələrin inkişafında yeni bir səhifə açdı və münasibətlərin bundan sonra tamamilə fərqli, daha yüksək səviyyədə davam edəcəyini göstərdi. Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistan-Azərbaycan münaqişəsi dövründə, o cümlədən 44 günlük Vətən müharibəsindəki Zəfərdən, eləcə də Qarabağın işğaldan azad olunması, ərazilərimizdə bərpa və yenidənqurma proseslərindən bəhs olunan mərhələlərdə Türkmənistan digər türk dövlətləri ilə müqayisədə daha loyal mövqe sərgiləmiş, keçirilən bir çox tədbirlərdə isə daha çox kənarda dayanmışdı. Lakin Türkmənistanın ali rəhbərinin Füzuli və Şuşa şəhərlərini ziyarət etməsi, həmçinin Füzulidə məscid inşası barədə qərar qəbul edilməsi bizi çox sevindirdi. Bu addım dövlətlərimiz arasında münasibətlərdə fundamental dəyişikliklərin və böyük irəliləyişlərin göstəricisi oldu. Artıq tam əminliklə demək olar ki, Azərbaycan-Türkmənistan əlaqələri yüksəliş dövrünü yaşayır”.

Siyasi şərhçinin sözlərinə görə, Türkmənbaşı şəhərində baş tutan bu tarixi hadisənin mühüm məqamlarından biri də üçtərəfli formatda - Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsi oldu. Üç qardaş türk dövlətinin liderlərinin iştirakı ilə imzalanan sənədlər yalnız bu ölkələr üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət kəsb edir. Bu razılaşmalar Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqaz arasında geosiyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafına güclü təkan verəcək.

“Əlbəttə, mövzu barədə daha geniş və ətraflı danışmaq mümkündür. Lakin ölkədə siyasi analitiklər və şərhçilər tərəfindən kifayət qədər münasibət bildirildiyini nəzərə alaraq, hesab edirəm ki, yayılan məlumatlara, imzalanan sənədlərə, liderlərin çıxışlarında səsləndirdikləri fikirlərə, - xüsusilə Azərbaycan Prezidentinin çıxışına, - istinad etməklə və bu çıxışlardan çıxarılan nəticələrə əsaslanaraq, hadisənin əhəmiyyəti və perspektivləri barədə yalnız bir neçə əsas tezisi təqdim etmək kifayətdir:

- Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqedən və bu imkanlardan hər üç dövlətin maraqlarına uyğun səmərəli istifadə etmək məqsədilə uzunmüddətli fəaliyyətə start verirlər. Bu çərçivədə ölkələr qarşısında duran bir sıra vəzifələr, - nəqliyyat və tranzit əməkdaşlığı, Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri və sair, - birlikdə və əl-ələ verilərək mümkün qədər tez həll edilməlidir.

- Energetika sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə mövcud imkanlardan səmərəli istifadə edilməli, Azərbaycan və Türkmənistanla olan ənənəvi əməkdaşlığa Özbəkistan da cəlb olunmalıdır. Qeyd etmək lazımdır ki, bu proses artıq başlanıb: Azərbaycanın dövlət neft şirkəti SOCAR Özbəkistanda neft yataqlarının işlənməsinə başlayıb. Eyni zamanda, Türkmənistan zəngin karbohidrogen ehtiyatlarına görə dünyanın aparıcı ölkələrindən biridir. Etibarlı mənbələrə əsasən, 19,5 trilyon kubmetr təbii qaz ehtiyatı ilə Türkmənistan dünyada 4-cü yerdədir. İndiyədək ölkə öz qaz yataqlarının işlənməsi və dünya bazarına çıxarılması sahəsində xeyli uğur qazanıb. Eyni zamanda, dünyada və regionda baş verən proseslər müəyyən çətinliklərlə yanaşı, yeni perspektivlər də açır. Bu səbəbdən Türkmənistanın nəhəng qaz ehtiyatları ona qlobal enerji bazarlarında daha geniş rol oynamaq imkanı verir və bu, əsas prioritetlərdən biri olacaq. Bu istiqamətdə Xəzər dənizində karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi üzrə Memorandumun imzalanması isə iki ölkə arasında enerji sahəsində etibarlı və səmimi əməkdaşlığın möhkəm təməllərinin qoyulduğunu göstərir.

- “Böyük İpək Yolu”nun bərpası çərçivəsində Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri üzrə əlaqələrin genişləndirilməsi razılığı Mərkəzi Asiya və Xəzər hövzəsinin nəqliyyat infrastrukturu imkanlarının nəzərdən keçirilməsini əhatə edir və bu sahədə möhtəşəm, unikal işlərin görüləcəyindən xəbər verir.

- Son olaraq, ən vacib siyasi hədəf budur: Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlər sırasındadır. Dövlətimiz Türk dünyasını böyük bir ailə kimi dəyərləndirir və siyasi rəhbərliyin əsas, təxirəsalınmaz məqsədi Türk Dövlətləri Təşkilatını (TDT) gücləndirməkdir. Əminəm ki, bu görüşün nəticəsi böyük coğrafiyada təbii sərvətlərə malik, həm iqtisadi, həm də demoqrafik baxımdan sürətlə inkişaf edən və eyni soy-kökə malik milyonlarla insanın qurduğu dövlətlərin siyasi və hərbi gücünün artmasına mühüm töhfə verəcək. Bu, prosesdə Türkmənistanın da daha fəal və səmimi iştirakına təkan verəcək. Nəticədə isə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən bu böyük Türk ailəsi, artıq dünyanın siyasi, iqtisadi və hərbi güc mərkəzinə çevrilməkdə olan TDT-nin gücünü daha da artıracaq.

- Ümumiyyətlə, bu proses yalnız regional deyil, qlobal səviyyədə də mühüm əhəmiyyət kəsb edir. Bu, həm dövlətlərarası münasibətlərin idarə olunması, xarici siyasətin düzgün qurulması, çevik və səmərəli diplomatiya, həm də dövlətlər arasında mümkün narazılıqların və fikir ayrılıqlarının aradan qaldırılması üçün bir nümunədir. Proses soyuqluğun aradan qaldırılması və münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanan əməkdaşlığa, isti və mehriban dost münasibətlərinə çevrilməsi baxımından bir dərs, hətta “master-klas” rolunu oynayır. Bu unikal təcrübə bəzi qonşu və tərəfdaş ölkələrin, xüsusilə təkəbbürlü və özündən razı rəhbərlik nümayiş etdirən siyasətçilər üçün də faydalı nümunə ola bilər”, - deyə Əhməd Abbasbəyli vurğulayıb.

O, bu hadisələrin əhəmiyyətini daha dəqiq çatdırmaq məqsədilə fikirlərini Prezident İlham Əliyevin çıxışından iqtibasla tamamlayıb:

“Bu gün tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb