Siyəzəndə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxsə cinayət işi açılıb YENİLƏNİB
Bakı, 25 avqust, AZƏRTAC
Avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Siyəzən Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb. Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Səfər Mustafazadə iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.
00:04
Siyəzən rayonunda 28 yaşlı Mustafazadə Şəbnəm Ənvər qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı, 21 yaşlı Səfər Mustafazadə saxlanılıb. Araşdırma aparılır.