Siyəzəndə mini futbol üzrə rayon çempionatı keçirilir
Siyəzən, 20 iyul, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə “Heydər Əliyev İli”nə həsr olunmuş mini futbol üzrə rayon çempionatına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən şəhər stadionunda iyulun 31-dək davam edəcək çempionatda 16 komanda 4 qrupda mübarizə aparır.
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən çempionatın qalibləri kubok və medallarla mükafatlandırılacaq.