Slovakiyada gənc ailələrə dəstək proqramına start verilib
Budapeşt, 14 avqust, AZƏRTAC
Slovakiya doğum səviyyəsinin stimullaşdırılması və gənc ailələrin dəstəklənməsinə yönəlmiş genişmiqyaslı dövlət proqramına start verib. Təşəbbüs uşağın doğulması zamanı maliyyə ödənişlərini, mənzil subsidiyalarını və valideynlər üçün vergi güzəştlərini ehtiva edir.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hökumətin planına əsasən, ilk övladının doğulduğu hər ailəyə 5 min avro birdəfəlik müavinət veriləcək. Məbləğ ikinci və sonrakı uşaqların doğulması ilə artacaq. Güzəştli ipoteka kreditləri və hamiləliyə görə uzadılmış müavinətlər də tətbiq edilir.
Slovakiyanın əmək və sosial məsələlər naziri qeyd edib ki, bu tədbirlər demoqrafik tənəzzülü yumşaltmağa və ailələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaratmağa yönəlib. Proqram beş il üçün nəzərdə tutulub və onun büdcəsi 90 milyon avrodan çoxdur.
Ekspertlər hesab edirlər ki, hərtərəfli dəstək təkcə demoqrafik vəziyyətin yaxşılaşmasına deyil, həm də əhalinin xaricə axını olan regionlarda iqtisadi fəallığın artmasına kömək edəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]