Azərbaycan Dövlət İnformasiya Agentliyi

SLOVENİYA PREZİDENTİ DANİLO TÜRKÜN ÇIXIŞI

SLOVENİYA PREZİDENTİ DANİLO TÜRKÜN ÇIXIŞI

-Cənab Prezident Əliyev!

Həvəsləndirici sözlərinizə, xoş qonaqpərvərliyə və verdiyiniz geniş təhlilə görə olduqca minnətdaram. Siz siyasi əməkdaşlığımızın əsaslarını, onun mühüm cəhətlərini izah etdiniz. Qeyd etdiniz ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, əksinə bir-birinə yardım edir. Qarşımızda yaxşı imkanlar vardır. Münasibətlərimizin kifayət dərəcədə geniş təhlili Sizin tərəfinizdən verildi. Bunu nəzərə alaraq, verəcəyim şərhlər qısa olacaqdır. Sizin istinad etdiyiniz aspektləri mən burada təkrar etmək istəməzdim, çünki onların hamısı ilə tam şəkildə razıyam.

Mən biznes forumun təşkil olunmasına görə, cənab Prezident, Sizə və Azərbaycanın Ticarət və Sənaye Palatasına minnətdarlığımı bildirmək istəyirəm. Bu tədbir ikitərəfli səfərlərin mühüm nəticəsidir. Mən ümumiyyətlə, Sloveniyanın iş adamları ilə səfər etməyi xoşlayıram. Ona görə yox ki, onlar yaxşı insanlardır. Onlar, eyni zamanda, praktiki baxımdan çox işgüzar şəxslərdir. Onlar ikitərəfli münasibətlərimizin inkişafında əlavə rol oynayırlar.

Cənab Prezident, Siz qeyd etdiniz ki, ölkələrimiz müstəqillik baxımından gəncdir. Bizim uzunmüddətli suveren dövlətçilik tariximiz olmayıb. Lakin bizim zəngin mədəni tariximiz vardır. Xalqlarımızın tarix boyu çətinliklərlə üzləşdiyi anlarda da bir çox oxşarlıqlar olub. Suverenliyimiz gəncdir. Hər iki ölkə böyük sınaqlardan keçib. Bu proses getdikcə iqtisadi özünəməxsusluğumuzu da təyin edib. Mən əldə edilmiş nailiyyətlərə görə Azərbaycanı təbrik etmək istəyirəm. Biz Sloveniyada yaxşı anlayırıq ki, ölkənizin enerji təchizatı sahəsində qlobal səviyyəyə çıxması Sizin böyük iqtisadi nailiyyətinizdir. Eyni zamanda, anlayırıq ki, hazırda Azərbaycan iqtisadiyyatını şaxələndirir. İqtisadiyyat inkişaf edir, müasirləşir və ölkə əhalisinin bütün tələbatlarının ödənilməsinə yönəlib. Bütün bunlar Azərbaycan xalqının, o cümlədən regionun perspektivli gələcəyini təmin edir.

Sloveniya öz gələcəyini Avropaya inteqrasiyada görür. Biz nəinki Avropa İttifaqının, o cümlədən avro zonasının üzvüyük. Bu bizə valyuta sabitliyini vəd edir. Baxmayaraq ki, həmin zonaya qoşulmaq müəyyən mənada valyuta suverenliyini məhdudlaşdırır. Lakin biz bunu qəbul edirik. Çünki bilirik ki, bu, iqtisadiyyatımızın sabitliyinə, eləcə də tərəfdaşlarımızla iqtisadi əməkdaşlığın aparılmasına şərait yaradır. Bir sözlə qarşımızda duran üstünlüklərə nəzər yetirməli, yaradıcı və məqsədyönlü olmalıyıq.

Dünən axşam məmnunluqla öyrəndim ki, bizim iş adamları ölkənizin müxtəlif nazirlikləri və həmkarları ilə artıq təmaslar qurublar. Bu, davam etməlidir. Elə indicə gündəliyə nəzər saldım və gördüm ki, eyni sahədə işləyən şirkətlər vardır. Cənab Prezident, Siz onlara öz çıxışınızda istinad etdiniz. Həqiqətən gələcək iqtisadi əməkdaşlığımızda biz bir çox maraqlı variantları işləyə bilərik. İcazə verin üç-dörd misal gətirim. Onlardan biri bərpa edilən enerji mənbələrinə aiddir. Biz yaxşı anlayırıq ki, Azərbaycan karbohidrogen hasilatından başqa, digər sahələri də inkişaf etdirmək fikrindədir. Elə bir vəziyyət yaranmalıdır ki, iqtisadiyyatın bütün sahələri ölkənin ümumi inkişafında iştirak etsin. Sloveniyanın su elektrik stansiyalarının tikintisi sahəsində böyük təcrübəsi vardır. Biz bütün ölçülərdə, növlərdə və coğrafı şəraitlərdə su elektrik stansiyalarını tikmişik. Bütün bunlar, keçmişdə əldə etdiyimiz təcrübəmiz bu istiqamətdə inkişafı bölüşmək imkanı yaradır.

Cənab Prezident, əslində bu məsələ Sizin ətraf mühitin qorunması sahəsinə də göstərdiyiniz qayğı ilə bir araya gəlir. Hazırda ekologiya məsələləri qlobal səviyyədə müzakirə olunan məsələlərdəndir. Biz bərpa olunan enerji mənbələrindən getdikcə daha çox istifadə etməliyik və bunlardan ən mühüm mənbə su elektrik stansiyalarıdır. Hesab edirəm ki, bu sahədə ümumi layihələr həyata keçirilə bilər və həmin layihələrdə Sloveniya şirkətləri sizə yardımçı ola bilər. Biz də həmin əməkdaşlıqdan faydalana və yararlana bilərik.

Telekommunikasiya və informasiya texnologiyaları sahəsinə gəldikdə biz bir-birimizi tamamlayırıq. Ölkəmiz keçid dövründə informasiya cəmiyyətinin qurulması sahəsində diqqətəlayiq nailiyyətlər əldə etmişdir. İnternetdən istifadə sahəsində yaxşı təcrübəmiz vardır. Bu sahədə təcrübə mübadiləsi ola bilər və bu, iqtisadi əməkdaşlığımızın mühüm hissəsinə çevrilər. Məsələn, yolların çəkilməsinə gəldikdə Sloveniya magistral yolların tikintisi və yol qovşaqlarının inşası sahəsində zəngin təcrübə toplayıb. Təcrübəmiz bu sahədə də faydalı ola bilər. Ümumiyyətlə, inşaat sahəsi əməkdaşlıq sahəsi ola bilər və biz ümumi inşaat layihələrini həyata keçirə bilərik. Siz burada turizmi qeyd etdiniz. Fikrimcə, bu sahə iqtisadi özünəməxsusluğun mühüm bir elementidir. Turizm, eyni zamanda, insanları bir-biri ilə yaxınlaşdırır, onları bir-biri ilə tanış edir. Bu sahədə əməkdaşlıq mümkündür və bizim ümumi iqtisadi əməkdaşlığımızı tamamlaya bilər.

Cənab Prezident, mən burada bu məslələrin təfərrüatlı təhlilini aparmaq istəməzdim. Lakin, onu deyə bilərəm ki, qarşımızdakı mövcud vəziyyət olduqca faydalıdır. Hətta deyərdim ki, həmin vəziyyət bizi həvəsləndirir. Nikbinlik də vardır. Siz qeyd etdiniz ki, Azərbaycan uzun müddət ərzində çox yüksək templərlə inkişaf edib. Əvvəla hazırkı qlobal tənəzzül və böhran şəraitində sizin inkişaf etmək təcrübənizi öyrənmək bizim üçün çox maraqlı olardı. Dünya iqtisadi böhranı Sloveniyaya böyük təsir göstərmişdir. Çünki Sloveniya iqtisadiyyatı ixracyönümlü iqtisadiyyatdır və biz müəyyən mənada xarici tərəfdaşlarımızdan asılıyıq. Lakin bu dövr bitmək üzrədir. Gələn 2010-cu ildən etibarən iqtisadi inkişaf bərpa olunacaq və sabit templə irəliyə doğru gedəcəyik. Buna görə də biz gələcəyə son çətinliklər prizmasından deyil, qarşımızda duran perspektivlər baxımından nəzər yetirməliyik. Mən bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, biz gələcəkdə Sloveniya ilə Azərbaycan arasında tammiqyaslı əməkdaşlığın qurulacağına əminik. Biz əməkdaşlığmızı yalnız iqtisadi sahə ilə məhdudlaşdırmalı deyilik.

Mədəniyyət sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Sloveniya Cənubi-Şərqi Avropada mədəni irsin qorunması sahəsində mühüm rol oynamışdır. Bilirik ki, Azərbaycan da öz regionunda oxşar proqramları həyata keçirir. Biz bu sahədə tərəfdaşlığı daha da inkişaf etdirmək fikrindəyik. İstərdik ki, mədəniyyət sahəsi xalqlarımızın görüşdüyü və əməkdaşlıq etdiyi yerə çevrilsin.

Çox şadam ki, biz müəyyən sazişləri imzaladıq və onlardan bəziləri burada toplaşan iş adamları üçün faydalı olacaqdır. Sizlərdən bəzilərinin diplomatik pasportları vardır. Həmin şəxslərə bildirmək istəyirəm ki, onlar bundan sonra ölkələrimizə vizasız səfər etmək imkanına malik olacaqlar. Bu sahədəki irəliləyiş daha da möhkəmlənəcəkdir. Çünki Avropa İttifaqı qonşuluqda olan ölkələrlə əməkdaşlıq sahəsində yeni addımların atılmasını istəyir. Lakin biz praktik olmalıyıq və işləri mümkün qədər tez yerinə yetirməliyik.

Cənab Prezident, hazırda söyləyəcəyim şərhlər bu qədərdir. Ölkələrimizin iş adamları qarşısında çıxış etmək imkanı yaratdığınıza görə minnətdarlığımı bildirmək istəyirəm. Ümidvaram ki, gələcəkdə bizim nəinki çıxş edən qismində, o cümlədən qeyri-formal şəraitdə adi iştirakçılar kimi görüşmək imkanımız olacaqdır.

Çox sağ olun. 

                                                 X X X

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən biznes forumda Sloveniyanı sənaye, maşınqayırma, informasiya-kommunikasiya texnologiyaları, inşaat, ticarət, xidmət, turizm, maliyyə, təhlükəsizlik və bir sıra digər sahələr üzrə iş adamları təmsil edirdilər.

Forumda çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin dinamik inkişaf etdiyini vurğulamış, bu nailiyyətləri əks etdirən iqtisadi göstəricilər, həyata keçirilən irimiqyaslı layihələr və dövlət proqramları barədə məlumat vermişdir. Nazir müavini Sloveniya ilə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırmış, sloveniyalı sahibkarları Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət etmişdir.

Sloveniyanın iqtisadiyyat nazirinin müavini xanım Darya Radiç ölkəsində Azərbaycana böyük maraq göstərildiyini, biznes forumun iqtisadi əlaqələrin daha da genişlənməsində əhəmiyyətini vurğulamışdır. O, Sloveniya iqtisadiyyatının əsas inkişaf istiqamətləri barədə ətraflı məlumat vermişdir.

Sloveniya Ticarət Palatasının baş direktoru Samo Hribar Miliç ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsində özəl bölmənin xüsusi rolunu vurğulamış, iş adamlarına bu sahədə daha fəal olmağı tövsiyə etmişdir.

Forumda Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Əfqan İsayev ölkəmizin investisiya mühiti və biznes imkanları, AİŞ tərəfindən həyata keçirilən layihələr, Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Orxan Novruzov muxtar respublikada yaradılmış əlverişli biznes mühiti, potensial investisiya imkanları, Sloveniyanın Sahibkarlığın və Xarici İnvestisiyaların İnkişafı Agentliyinin rəhbəri İqor Plestenjak isə ölkəsində sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışmışlar.

Biznes forum çərçivəsində Azərbaycan və Sloveniya iş adamları arasında ikitərəfli görüşlər keçirilmiş, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunmuşdur.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir