SOCAR-ın əməkdaşları Xəzərin sahilyanı ərazilərində təmizlik aksiyası keçiriblər
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya idarəsi və “Azneft” İstehsalat Birliyi “Abşeronneft” neft və qazçıxarma idarəsinin əməkdaşları “Ümumdünya Dəniz Günü” ilə əlaqədar Xəzərin sahilyanı ərazilərində təmizlik aksiyası keçiriblər.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirakçılara “Ümumdünya Dəniz Günü” və “Biz dünyanı təmizləyirik” həftəsi haqqında ətraflı məlumat verilib. Aksiya zamanı toplanan zibil çeşidlər üzrə qablaşdırılaraq daşınıb.
BMT-nin qərarı ilə 1978-ci ildən hər il sentyabrın 25-i “Ümumdünya Dəniz Günü”, 21-27 sentyabr tarixləri isə bütün dünyada “Biz dünyanı təmizləyirik” həftəsi kimi qeyd olunur. “Ümumdünya Dəniz Günü”nün keçirilməsində məqsəd ictimai diqqəti dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir. Bundan əlavə, sentyabrın son həftəsi respublikamızda “Xəzər həftəsi” elan olunur və müvafiq tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]