SOCAR və “Tatneft” arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 5 iyul, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin baş direktoru Nail Maqanov arasında görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə SOCAR və “Tatneft” arasında əməkdaşlığın perspektivləri, energetika sahəsində həyata keçirilən layihələr və təcrübə mübadiləsi üzrə imkanlar müzakirə edilib. Tərəflər ölkələrimiz arasında energetika sahəsi üzrə geniş əlaqələri vurğulayıb, tərəfdaşlığın inkişaf potensialı barədə fikir mübadiləsi aparıblar.