Şolts miqrantların deportasiyasını gücləndirəcəyini vəd edib
Bakı, 27 avqust, AZƏRTAC
Almaniya hakimiyyəti ölkədə olmaq hüququ olmayan şəxslərin ölkədən çıxarılması üçün bütün mümkün tədbirləri görməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Solingen şəhərində baş verən terror aktından sonra çıxışı zamanı deyib.
Kansler qeyri-qanuni miqrantların deportasiyasını gücləndirəcəyini vəd edib: “Biz mümkün olan hər şeyi etməliyik ki, ölkəmizdə belə hadisələr baş verməsin”.
Siyasətçi onu da bəyan edib ki, ölkə hakimiyyəti növbəti dəfə silah gəzdirmə qaydalarını, xüsusən də bıçaqla bağlı qaydaları sərtləşdirəcək.
Qeyd edək ki, Solingendə avqustun 23-də baş verən hücum nəticəsində 10-dan çox adam yaralanıb. Terror aktını törədənin bir neçə il əvvəl Almaniyaya gəlmiş qaçqın olduğu üzə çıxıb. Lakin o, Almaniyadan sığınacaq üçün icazə ala bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]