Son iki ayda əlilliyi olan 6,6 min uşağa reabilitasiya xidmətləri göstərilib

Bakı, 19 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən yanvar-fevral aylarında əlilliyi olan 6,6 min uşağa reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 4,5 min nəfəri ambulator, 343 nəfəri stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Həmin kateqoriyadan olan uşaqlar Agentliyin Bakı şəhərində 1 və 2 saylı, habelə Qəbələ və Şəmkir rayonlarındakı reabilitasiya mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:51]
Şabran və Qusar rayonlarında təbiətə 13 min manatdan çox ziyan dəyib
- 25.04.2025 [18:46]
DİN: Ötən illə müqayisədə cinayətlərin dinamikasında azalma qeydə alınıb
- 25.04.2025 [18:12]