SON ÜÇ İLDƏ AZƏRBAYCANDA 60 ÖZƏL BAYTARLIQ MƏNTƏQƏSİ YARADILMIŞDIR
Bakı, 21 sentyabr (AZƏRTAC). Son üç ildə Azərbaycanda 60 özəl baytarlıq məntəqəsi yaradılmışdır.
Bu barədə məlumat verən kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, 2007-ci ilə kimi 25, ötən il 30, bu ilin ötən dövründə isə 5 özəl baytarlıq məntəqəsi istifadəyə verilmiş, ilin sonuna kimi daha 6 özəl baytarlıq məntəqəsinin yaradılması nəzərdə tutulmuşdur. Bu sahədə işləmək üçün 180 nəfər baytar mütəxəssisi işə cəlb edilmişdir. Heyvanların təhlükəli xəstəliklərdən qorunması və epizootiya əleyhinə mübarizə üçün özəl baytarlıq xidmətinin inkişafı istiqamətində tədbirlər “İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi” layihəsi çərçivəsində həyata keçirilir.
Nazir həmçinin demişdir ki, baytarlıq-sanitariya obyektlərinin müasirləşdirilməsi ilə bağlı respublika üzrə 60-a qədər baytarlıq obyektində tikinti və yenidənqurma işləri başlanmış, həmin obyektlərin 10-u istismara verilmiş, qalan obyektlər isə istismara verilmək ərəfəsindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]