Sorğu: Ukraynalıların cəmi 3 faizi Donald Trampın dövründə ədalətli sülhə inanır
Kiyev, 1 aprel, AZƏRTAC
2025-ci ilin martında ukraynalıların yalnız 3 faizi ABŞ Prezidenti Donald Trampın dövründə Ukraynanın tamamilə ədalətli sülhə arxalana biləcəyini gözləyir.
AZƏRTAC bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) keçirdiyi sorğunun nəticələrinə istinadla xəbər verir.
Respondentlərin 15 faizi Rusiyaya müəyyən güzəştlərlə olsa da, ədalətli sülh gözləyir.
Ukraynalıların 21 faizi sülhün qismən ədalətli olub-olmayacağını düşünür. Onların 32 faizi isə Ukraynanın bəzi tələblərinin yerinə yetirilməsinə baxmayaraq, kifayət qədər ədalətsiz sülh gözləyir.
Respondentlərin 22 faizi tamamilə ədalətsiz sülhdən danışır.
2024-cü ilin dekabrında ölkə əhalisinin 31 faizi hesab edirdi ki, Trampın dövründə Ukrayna daha çox və ya tamamilə ədalətsiz sülhə arxalana bilər. 2025-ci il fevralın 14-dən martın 4-dək olan dövrdə daha çox və ya tamamilə ədalətsiz sülhdən danışanların nisbəti 58 faizə yüksəlib. 2025-ci il martın 12-22-də onların sayı bir qədər azalıb və yenə də əksəriyyət tənqidi fikirlər bildirib – 55 faiz.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev