“SOYQIRIMI” HAQQINDA DAHA BİR ERMƏNİ ƏFSANƏSİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, son məlumata görə, ermənilərlə abxazlar arasında yaranmış qarşıdurma şiddətlənərək, əməlli-başlı silahlı münaqişəyə çevrilmişdir. Ən təəccüblüsü budur ki, ermənilərin yaratdığı və abxazların öz torpağındaca onlara qarşı müharibəyə başlayan təxribat qrupları özlərini xalq yığma qoşunu kimi qələmə verir, Dağlıq Qarabağdakı kimi, öz ev-eşiyini qoruyan yerli əhalinin hərəkətlərini isə “soyqırımı” adlandırırlar. “Əzabkeş xalq”ın nümayəndələri deyirlər ki, Abxaziyadakı erməni məktəblərinin və qriqorian kilsəsinin partladılması onları qəzəbləndirmişdir. Onlar özlərinə xas yazıqlıqla gileylənirlər ki, son vaxtlar Abxaziya ərazisində ermənilərin işdən çıxarılması intensiv xarakter almışdır. Guya bu səbəbdən də ermənilərin əksəriyyəti, xüsusən gənclər cinayətkarlığa girişmişlər. Abxazlar erməniləri, ümumiyyətlə, Suxumi ərazisindən çıxıb getməyə və Krasnodar diyarına köçməyə məcbur edirlər.
Abxaziya Kəşfiyyat Departamentinin rəisi Avto İoseliani bildirmişdir ki, gürcülərlə müharibədə ermənilər abxazların tərəfində vuruşmuş, müharibədən sonra isə dövlət vəzifələri tələb etməyə başlamış, hətta müəyyən iddialar da irəli sürmüşlər. O demişdir: “Ermənilərin hakimiyyət strukturlarında vəzifələrə, habelə digər vəzifələrə, xüsusən çoxlu pul toplamaq mümkün olan yerlərə müəyyən iddiaları vardı”.
Ermənilər, həmçinin, şayiə yaymışlar ki, münaqişəni Abxaziya ərazisində çox olan ruslar və türklər qızışdırmışlar və guya onlar nüfuz sahələrini ələ keçirmək üçün erməniləri didərgin salmaq istəyirlər.