SpaceX dünyanın ən ağır kommersiya peykini orbitə çıxarıb
Bakı, 29 iyul, AZƏRTAC
Falcon Heavy ağır raketi EchoStar kompaniyasının “Jupiter 3” telekommunikasiya peykini yerətrafı orbitə uğurla çıxarıb.
AZƏRTAC xəbər verir ki, raket ABŞ-ın Şərq sahili vaxtı ilə cümə günü saat 23:04-də (Bakı vaxtı ilə şənbə günü saat 06:04) Kanaveral burnundakı (Florida ştatı) Kennedi adına Kosmik Mərkəzdən buraxılıb.
Çəkisi 9,2 ton olan “Jupiter 3” kommersiya rabitə peyki dünyanın ən ağır peykidir. O, yüksəksürətli internet bağlantısı üçün nəzərdə tutulub. ABŞ, Kanada, Meksika və Cənubi Amerika ərazilərinə saniyədə 500 giqabit maksimum ötürmə qabiliyyətinə malik olan peykin qiyməti 445 milyon dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]