DÜNYA
“SpaceX” şirkəti Starlink internet peyklərinin yeni partiyasını orbitə çıxaracaq
![“SpaceX” şirkəti Starlink internet peyklərinin yeni partiyasını orbitə çıxaracaq](/files/2023/2/1200x630/16886829301744411600_1200x630.jpg)
Bakı, 7 iyul, AZƏRTAC
“Falcon 9” daşıyıcı aparatı cümə günü Starlink sisteminin qlobal internet əhatə dairəsi şəbəkəsinin orbital bürcünü artırmaq üçün 48 mini-peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin rəsmisi bildirib.
Buraxılış Sakit okean vaxtı ilə saat 12:29-da ABŞ-ın Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından həyata keçiriləcək.
Bu, Starlink layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 92-ci, bu ilin əvvəlindən isə 23-cü buraxılışı olacaq. “SpaceX” artıq bu peyklərdən 4,7 minə yaxınını orbitə çıxarıb. Onlardan bəziləri uğursuz olub.
Hazırda orbitdə şirkətə aid 4,3 mindən çox cihaz işlək vəziyyətdə qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [19:18]
ABŞ-da atışma zamanı 3 nəfər ölüb
- 01.07.2024 [18:13]
Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb
- 01.07.2024 [18:05]
Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir
- 01.07.2024 [18:04]
Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər
- 01.07.2024 [17:27]
Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb
- 01.07.2024 [17:22]