Standart təhsil tələbə krediti almaq istəyənlərin nəzərinə
Bakı, 17 iyul, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondu birinci kursun birinci yarımilində standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən qəbul imtahanı ballarını açıqlayıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, tələbə qəbulu imtahanında bakalavriat səviyyəsi üzrə 250-700, magistratura səviyyəsi üzrə 50-100, subbakalavr səviyyəsi üzrə 110-300 bal aralığında toplayan namizədlər standart təhsil tələbə kreditindən faydalana bilər.
Qeyd olunub ki, bu qayda yalnız birinci kursun birinci semestri üçün keçərlidir. Sosial standart təhsil tələbə kreditində isə heç bir bal limiti yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]