İQTİSADİYYAT
“StartUp School”un finalçısı “TEKNOFEST - Girişim Yarışması”nın finalında çıxış edir
Bakı, 1 sentyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı ilə ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “Startup School” layihəsinin “Ən yaxşı marketinq” kateqoriyasının qalibi olan “UniClubs” startapı Ankara şəhərində keçirilən “TEKNOFEST - Girişim Yarışması”nın finalında iştirak edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təhsil kateqoriyasına aid olan “UniClubs” bütün universitetlərin öz klublarını idarə etmək üçün istifadə edə biləcəyi veb-saytdır. Həmçinin tələbələr, klub rəhbərləri daxil olduqları universitet daxilindəki klublarla və digər universitetlərlə əməkdaşlıq edə bilərlər. Bu layihələr tələbələri əməkdaşlığa, klubları daha aktiv etmək üçün motivasiyaya və universitet işçiləri üçün klub proseslərinin asan idarə olunmasına kömək edir.
“UniClubs” startapı 200-dən artıq layihənin müraciət etdiyi, 33 layihənin yarışdığı “StartUp School” layihəsində 10 ən yaxşı layihə və “Ən yaxşı marketinq” kateqoriyasının qalibi olub.