STRASBURQDA ŞAH İSMAYIL XƏTAİNİN İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Strasburqda fəaliyyət göstərən “Azərbaycan Evi”ndə vahid Azərbaycan dövlətinin təşəkkülündə misilsiz xidmətləri olmuş görkəmli dövlət başçısı və sərkərdə, eyni zamanda, poetik əsərləri ilə Şərq aləmində tanınmış Şah İsmayıl Xətainin anadan olmasının 520 illiyi münasibətilə tədbir keçirilmişdir.
Strasburq ictimaiyyəti nümayəndələrinin, Azərbaycan diasporu təmsilçilərinin və burada təhsil alan tələbələrimizin toplaşdığı görüşdə çıxış edən Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor, Milli Məclisin deputatı Rafael Hüseynov Azərbaycan tarixində xüsusi rolu olan Xətainin həyat və fəaliyyətindən danışmışdır. O demişdir ki, cəmi 37 il ömür sürmüş Şah İsmayıl Xətainin Azərbaycan Səfəvilər dövlətinin banisi kimi əvəzsiz xidmətləri olmuşdur. Eyni zamanda, Azərbaycan dilinin saflığı uğrunda çalışmış, onu rəsmi dövlət dili elan etməklə Azərbaycan xalqına, Azərbaycan mənəviyyatına böyük xidmət göstərmişdir. Özü şeirlərini ana dilində yazmaqla, həmin dövrdə yaşamış görkəmli Azərbaycan şairlərini də yaratdıqları əsərləri doğma dillərində yazmağa məcbur etmişdir. Beləliklə, Azərbaycan dilini dövlətçiliyə gətirmişdir.
Sonda R.Hüseynov iştirakçıları maraqlandıran suallara cavab vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]