Azərbaycan Dövlət İnformasiya Agentliyi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan Prezidentinin 2008-ci il 21 avqust tarixli Sərəncamı ilə hər il avqustun 23-ü xüsusi dövlət mühafizə xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, peşə bayramı münasibətilə Agentliyin əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Sonra Şəhidlər xiyabanında Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın unudulmaz xatirəsi yad edilərək məzarları üstünə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Xüsusi dövlət mühafizə orqanlarının yaranmasının 30-cu ildönümü münasibətilə tədbir Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin akt zalında davam etdirilib.

Tədbirdə çıxış edən Agentliyin rəisi general-mayor İlqar Abbasov əvvəlcə Agentliyin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. O qeyd edib ki, xüsusi dövlət mühafizəsi orqanlarının yaradılmasından 30 il ötür. Keçən 30 illik dövrdə xüsusi dövlət mühafizəsi orqanları zəngin tarixi və döyüş yolu keçib.

Bildirilib ki, Azərbaycanda dövlət səviyyəsində mühafizə xidmətinin qurulması işinə ilk dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə başlanılıb. 1919-cu il fevralın 18-də Azərbaycan Demokratik Xalq Cümhuriyyəti Parlamentinin 15-ci iclasında “Azərbaycan Parlamentinin Mühafizə Dəstəsi”nin yaradılması haqqında qanun qəbul edilib və polkovnik-leytenant Nağı Əlizadə Mühafizə Bölüyünün rəisi vəzifəsinə təyin edilib. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə mühafizə xidməti bir çox dəyişikliklərə uğrasa da, zəruri bir qurum kimi öz inkişafını davam etdirib. Mühafizə Xidmətinin müasir tarixinin ən unudulmaz səhifələri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü il iyunun 15-də xalqın çağırışı ilə Azərbaycanın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə əsaslı dəyişikliklər edildi. O cümlədən, 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi ilə Azərbaycan Respublikasının Milli Qvardiyası bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradıldı.

2002-ci il mayın 6-da Baş Mühafizə İdarəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti adlandırıldı.

Ölkəmizdə irimiqyaslı enerji layihələrinin həyata keçirilməsi və həmin enerji layihələrinin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar 2003-cü il mayın 31-də Xüsusi Dövlət Mühafizəsi Xidmətinin nəzdində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yaradıldı.

Otuz illik dövrdə xüsusi dövlət mühafizə xidməti orqanlarının əməkdaşları yüksəkvəzifəli şəxslərin təhlükəsizliyinin, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin mühafizəsi və ali dövlət hakimiyyət orqanlarının, neft və qaz kəmərlərinin və onların yerüstü qurğularının, digər strateji əhəmiyyətli obyektlərin etibarlı şəkildə qorunması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi dövlət mühafizə xidmətinin hərbi qulluqçuları şərəflə iştirak edib, qəhrəmanlıqlar göstəriblər. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, baş verə biləcək terror-təxribat aktlarının qarşısının qətiyyətlə alınması kimi ən mühüm sahələrdə xidmətin hərbi qulluqçularının daim nümunəvi fəaliyyəti və fədakarlığı diqqəti cəlb edib.

Milli dövlətçiliyimizin qorunması işində mühüm yer tutan xüsusi mühafizə sistemində çalışan əməkdaşların fədakar və nümunəvi fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Məhz xidmətin maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların sosial rifahı, mənzil şəraitinin yaxşılaşdırılması, hər il əməkdaşların ali dövlət mükafatları ilə təltif olunması, yubiley medallarının təsis edilməsi həmin diqqət və qayğının bariz nümunəsidir.

Prezident İlham Əliyevin 2020-ci il 16 mart tarixli Fərmanı ilə xüsusi mühafizə sahəsində dövlət siyasətinin daha da təkmilləşdirilməsi məqsədilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib və yeni 3 qurum yaradılıb. Həmin qurumlardan biri kimi Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ixrac neft və qaz boru kəmərlərinin mühafizəsini, o cümlədən, mühafizə olunan şəxslərin və əksər strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi, mühafizə olunan şəxslər və obyektlərə qarşı ola biləcək təhlükələrin qarşısının alınması sahəsində qanunamüvafiq qaydada fəaliyyət göstərir. Beynəlxalq terrorizmin və sui-qəsdlərin geniş vüsət aldığı vaxta mühafizə işinin təkmilləşdirilməsi, elm və texnikanın nailiyyətlərindən istifadə olunması, yüksək peşəkarlığa malik kadrların hazırlanması Agentliyin qarşısında duran əsas vəzifələrdir. Agentliyin kadr siyasəti həyata keçirilərkən müharibə iştirakçılarının Agentlikdə həqiqi hərbi xidmətə qəbul edilməsinə xüsusi diqqət yetirilib, son bir il ərzində 63 nəfər İkinci Qarabağ müharibəsi iştirakçısı hərbi xidmətə qəbul edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən islahatların və stabilliyin qorunub saxlanılması ilə bağlı mühafizə sahəsində qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları döyüş tapşırıqlarının yerinə yetirilməsində daha fəal mövqe tutmalı, dövlətə və dövlətçilik ideyalarına daha sədaqətlə xidmət göstərməlidir.

İlqar Abbasov qarşıda duran şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün Agentliyinin əməkdaşlarına tükənməz fiziki və mənəvi qüvvə arzulamaqla peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edib. Hər birinə möhkəm cansağlığı, uzun ömür, xidməti fəaliyyətində uğurlar, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

Sonda Agentliyin xidmətdə fərqlənən və vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuları “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının yaradılmasının 30 illiyi” yubiley medalı, digər medal və mükafatlarla təltif ediliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb