Stubb: Avropa Rusiya ilə təmasların bərpasının müzakirəsinə başlayıb
Bakı, 1 aprel, AZƏRTAC
Avropa ölkələri Rusiya lideri Vladimir Putinlə təmasların bərpası imkanlarını müzakirə etməyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Londonda keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, mövzu ətrafında müzakirələrə ötən həftə Parisdə keçirilən Ukrayna üzrə sammit zamanı start verilib.
Aleksandr Stubb şənbə günü Floridada ABŞ Prezidenti Donald Trampla da görüşərək ikitərəfli münasibətləri müzakirə edib.
Xatırladaq ki, martın 18-də Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışaraq Ukraynadakı vəziyyət, gərginliyin qarşısının alınması şərtləri və bir sıra beynəlxalq məsələlərlə bağlı söhbət aparıb. Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Ukrayna müharibəsi tərəflərinin 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbələrdən qarşılıqlı imtina etməsi barədə ABŞ prezidentinin təklifini qəbul edib. Tərəflər, həmçinin Qara dənizdə atəşkəs, tam atəşkəs və daimi sülhə dair texniki danışıqlara başlamaq barədə razılığa gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]