Bakı, 31 may, AZƏRTAC
Bu ilin dörd ayında 3840 ton süd idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən südün dəyəri 5,6 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin yanvar-aprel aylarında dəyəri 3,7 milyon dollar olmaqla 2537 ton süd idxal edilib.