Azərbaycan Dövlət İnformasiya Agentliyi

SÜLEYMAN DƏMİRƏL: HEYDƏR ƏLİYEV AZƏRBAYCAN ÜÇÜN BİR ŞANSDIR

Hörmətli Heydər Əliyev dostumdur, qardaşımdır, Azərbaycan Respublikasının Prezidentidir. Onunla uzun zamandır ki, tanışıq. Ona böyük sevgim, hörmət və ehtiramım vardır. Bunun kökündə onun insani xüsusiyyətləri, Azərbaycan millətinə, xalqına xidmətləri, Azərbaycan dövləti, müstəqilliyi naminə gördüyü işlər durur. Mənim tanıdığım Heydər Əliyev Azərbaycan vətənpərvəridir, bir o qədər də türk vətənpərvəridir. O, böyük türk topluluğunun keçmişini, gələcəyini çox yaxşı bilir. Yaxşı bilir ki, bu topluluğun içindəki hər müstəqil dövlət bir qardaşdır. Millət birdir, dövlətlər ayrı-ayrıdır. Türkiyə və Azərbaycan xalqları qardaş millətdir, bir millətdir. Biz bu bir millətin iki dost və qardaş dövlətləriyik.

Hörmətli Heydər Əliyev Azərbaycanın ən çətin vaxtında siyasət səhnəsinə çıxmışdır. 1960-80-ci illərdə Azərbaycana böyük xidmətləri olmuşdur. Bəzi insanlar, siyasi xadimlər ölkələrinə xidmətlər göstərir, amma elə bir gün gəlir ki, belə şəxslərə olduqca böyük ehtiyac duyulur. Yəni bu şəxs olmasa, “Bu ölkənin taleyi necə olacaqdır?”- deyə düşünəcəksiniz. Məsələn, Çörçill 1939-cu ildə İngiltərənin rəhbərliyində olmasaydı, tarixin gedişi necə dəyişərdi? Çörçill 65 yaşındaydı və o zaman İngiltərədə çoxlu siyasi xadim vardı. Ancaq ehtiyac duyulan şəxs o idi.

Hörmətli Heydər Əliyev 1993-cü ilin iyununda yenidən hakimiyyətə gəlmişdir. O zamanı xatırlayın. Azərbaycan müstəqilliyini elan etmişdi. Ölkədə qarışıqlıq yaşanırdı. Bundan sonra Əbülfəz Elçibəy prezident seçildi. Lakin Əbülfəz Elçibəy sabitlik yarada bilmədi. Yenə də Azərbaycanda qarışıqlıq meydana gəldi: yəni müstəqilliyini əldə edən xalq bayram şənlikləri əvəzinə, hakimiyyət uğrunda mübarizə içərisində idi. Belə vəziyyətdə bir adamın ortaya çıxıb “dayanın!” deməsi zəruri idi. Azərbaycan xalqı Heydər Əliyevə böyük ehtiyac duydu. Heydər Əliyev özü gəlib hakimiyyəti ələ almadı. Onu bu yüksək vəzifəyə Azərbaycan xalqı dəvət etmişdir.

O vaxtdan ötən 10 il ərzində Azərbaycan sabitlik içində yaşadı. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təsirini azaltmaq, bunu əhəmiyyətsiz göstərmək fikrində deyiləm. Onu söyləmək istəyirəm ki, Heydər Əliyev rəhbərliyə gəldiyi zaman artıq Qarabağda olan olmuşdu. Keçən 10 il ərzində bu məsələnin həllində iki yol vardı: birincisi, müharibəni davam etdirmək, Azərbaycanın bütün ehtiyatlarını xərcləmək, ölkəni viran hala gətirmək və ya sülhə, daha doğrusu, atəşkəsə nail olaraq, qan tökülməsinin qarşısını almaq, vaxt qazanmaq idi. Məncə, ən doğru yol seçildi.

Atəşkəsə nail olunaraq, ölkənin digər işləri ilə məşğul olmaq imkanı yaradıldı. Daxili sabitlik bərqərar edildi, iqtisadi inkişaf, quruculuq işləri başlandı.

Hörmətli Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu - ölkədə sabitliyin yaradılması, asayişin bərqərar olunmasıdır. Bu, asan iş deyildi. Heydər Əliyevə qarşı sui-qəsdlər hazırlanırdı. Ancaq Azərbaycan xalqı üçün, mənim qardaşlarım üçün ən vacib olanı müstəqil dövlətin yüksələn bayrağıdır. Yüksələn bayraq enməz! Azərbaycanın müstəqilliyi güclüdür, əbədidir. Heydər Əliyev öz həyatını təhlükəyə ataraq, Azərbaycandakı qardaş qarşıdurmasına son qoymuşdur.

Heydər Əliyev Azərbaycana demokratik seçkiləri gətirmişdir. Bu il də seçkilər keçiriləcəkdir. Demokratiya o qədər də asan məsələ deyildir. Kommunist sistemindən, marksist sistemdən bazar iqtisadiyyatına və demokratiyaya keçmək çox çətin bir prosesdir. Heydər Əliyev bu prosesin bünövrəsini qoymuşdur. Zəruri islahatların müəllifidir. Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdı, Azərbaycan BMT, Avropa Şurası, ATƏT, İKT kimi nüfuzlu beynəlxalq təşkilatların bərabər hüquqlu üzvüdür. Azərbaycan bütün dünya tərəfindən tanınır.

Heydər Əliyev “Əsrin müqaviləsi”nin, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin memarıdır. Bu, böyük hadisədir. Torpağın altında yatan sərvət Azərbaycan xalqının rifahına xidmət edəcəkdir. “Zəngin təbii ehtiyatlarımız var” deməklə bir şey olmaz. Əhəmiyyətli olanı bu zəngin ehtiyatları xalqın maddi rifahının yüksəldilməsi üçün istifadə etməkdir.

Hörmətli Heydər Əliyev həm Türkiyə, həm də digər qonşular – Gürcüstan, Rusiya və İranla möhkəm əlaqələr qurmuşdur, Ukrayna ilə, Orta Asiyadakı türkdilli dövlətlərlə sıx münasibətlər yaratmışdır. Azərbaycanın MDB daxilində əhəmiyyətli yeri vardır.

Azərbaycan ilə ABŞ arasında çox yaxşı əməkdaşlıq əlaqələri mövcuddur. Prezident Heydər Əliyevin istər Əfqanıstan, istərsə də İraq müharibələri zamanı tutduğu mövqe də çox müsbətdir.

Müasir dünyada beynəlxalq aləmdə mühüm rol oynamaq üçün güclü olmaq lazımdır. Daxili siyasi və iqtisadi problemlər yaşayan dövlət beynəlxalq aləmdə də həlledici rol oynaya bilməz. Həm Türkiyə, həm də Azərbaycan daxildə güclü olmalıdır. Həm Türkiyə, həm Azərbaycan müasir dünyada coğrafi-siyasi baxımdan çox əhəmiyyətli strateji mövqeyə sahibdirlər.

Mən Türkiyə və Azərbaycanın bugünkü əlaqələrini yüksək qiymətləndirirəm. Bunu xüsusi vurğulamaq istəyirəm. Türkiyədə iqtidara kim gəlirsə-gəlsin, bu iki dost və qardaş ölkə arasındakı əlaqələr həmişə yaxşı olacaqdır. Buna əminəm. Çünki bu əlaqələrin dərin kökləri vardır. Həmin əlaqələrin arxasında xalq dayanır. Azərbaycanın Türkiyədən yaxın, Türkiyənin isə Azərbaycandan yaxın kimi var? Qonşu, qardaş və dost! Bu üç dərin məfhum, məna harada var?

Hörmətli Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsi ölkəniz üçün bir şansdır. İnsanların qiyməti getdikdən sonra deyil, vaxtında, xalqa xidmət etdiyi zaman bilinməlidir. Vəzifədən getdikdən sonra insanları qiymətləndirmək artıq gecdir. Azərbaycan xalqı möhtərəm Heydər Əliyevin qiymətini, dəyərini çox yaxşı bilir.

Söhbəti yazdı: Tural Rzayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara, may 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib