“SÜLH KORPUSU”NUN MÜƏLLİMLƏRİ CƏNUB BÖLGƏSİNƏ GƏLMİŞLƏR
ABŞ-ın “Sülh korpusu”na daxil olan 100 nəfər müəllim heyətinin 27 nəfərlik qrupu artıq ölkəmizə gəlmişdir. İngilis dilini tədris etməyə gələn amerikalı müəllimlərin 4 nəfəri ölkəmizin cənub bölgəsində - Biləsuvarın Xırmandalı, Cəlilabadın Ocaqlı, Masallının Ərkivan məktəblərində, 1 nəfəri isə LDU-da fəaliyyət göstərəcəkdir. Amerikalı müəllimlər Dəvəçidə iki ay Azərbaycan dili kursunu keçdikdən sonra dərs deyəcəkləri ərazilərdə yerləşmişlər.
Məktəblilərin qış tətili başa çatdıqdan sonra amerikalı müəllimlər əsas fəaliyyətə başlayacaqlar. Onlar, ilk öncə, əyalətdə təhsil alan şagirdlərə ingilis dilini və Amerika mədəniyyətini öyrədəcək, həftədə 18 saata yaxın dərs deyəcək, hər həftə əlavə məşğələlər keçirəcək, qonşu məktəblərə onların marağına uyğun köməklik göstərəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]