“SÜLH KORPUSU”NUN MÜƏLLİMLƏRİ CƏNUB BÖLGƏSİNƏ GƏLMİŞLƏR
ABŞ-ın “Sülh korpusu”nun 27 nəfərdən ibarət müəllim qrupu ölkəmizə gəlmişdir. İngilis dilini tədris edəcək amerikalı müəllimlərin 4 nəfəri respublikamızın cənub bölgəsində - Biləsuvarın Xırmandalı, Cəlilabadın Ocaqlı, Masallının Ərkivan məktəblərində, 1 nəfəri isə Lənkəran Dövlət Universitetində fəaliyyət göstərəcəkdir. Amerikalı müəllimlər Dəvəçidə iki ay Azərbaycan dili kursunu keçdikdən sonra dərs deyəcəkləri ərazilərdə yerləşmişlər.
Əcnəbi müəllimlər ilk öncə şagirdlərə ingilis dilini və Amerika mədəniyyətini öyrədəcək, həftədə 18 saata yaxın dərs deyəcək, hər həftə əlavə məşğələlər keçirəcək, qonşu məktəblərə onların marağına uyğun kömək göstərəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]