SİYASƏT
Sülhməramlılara məxsus avtomobil karvanının aksiya ərazisindən maneəsiz keçidi təmin edilib
Şuşa, 17 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişə olduğu kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus on bir avtomobilin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə maneəsiz hərəkət mütəmadi olaraq təmin olunur. Heç bir siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [11:17]
Brüsseldə “COP29: Yaşıl dünya naminə həmrəylik” adlı konfrans təşkil olunub
- 03.07.2024 [10:47]
Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq böyük perspektivlər vəd edir
- 02.07.2024 [23:38]
İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib
- 02.07.2024 [17:55]
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO
- 02.07.2024 [17:39]
Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib
- 02.07.2024 [16:56]